Showing Archived Posts

Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi Florida ştatında nümayiş etdirilib

Posted July 22nd, 2012 at 3:14 pm (UTC-5)
Leave a comment

Florida ştatının Mayami şəhərində Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi nümayiş etdirilib. Ağdamın işğalının 19-cu ildönümünə həsr edilmiş tədbir çərçivəsində keçirilmiş sərgidə ABŞ-da yaşayan Azərbaycan icmasının üzvləri və yerli rəsmi idarələrin nümayəndələri iştirak edib. “Könlüm keçir Qarabağdan” sərgisi ilk dəfə olaraq ABŞ-ın Qarabağ Fondunun dəstəyi ilə paytaxt Vaşinqtonda göstərilib. Qarabağ Fondundan təklif alan […]

Nadia Şərifi: Azərbaycanı milli geyimlərlə tanıdıram

Posted July 12th, 2012 at 2:42 pm (UTC-5)
Leave a comment

    May ayında Nyu-Yorkda BMT-nin Baş katibi Ban Ki Munun xanımının dəstəyi ilə Çin səfirliyində dünya xalqlarının milli geyimlərinin şousu keçirilib. Təxminən 30 ölkənin iştirak etdiyi şouda nümayiş etdirilən Azərbaycan milli geyimləri ziyarətçilərinin xüsusi rəğbətini qazanmışdır. Azərbaycan milli geyimlərinin nümayiş etdirilməsi Nyu-Yorkda yaşayan Nadia Şərifinin səyləri nəticəsində mümkün olmuşdur. Artıq bir neçə ildir Nyu-York […]

Pax Turcica İnstitutu Kaliforniyada daha bir qətnamənin qəbul olunmasına nail olub

Posted July 11th, 2012 at 3:08 pm (UTC-5)
Leave a comment

Kaliforniya ştatının parlamenti Türk-Amerika Assosiasiyalarının (ATAA) tanınmasına dair rəsmi sənəd açıqlayıb. Sənəddə aprelin 23-ü Türkiyənin Milli Günü münasibətilə statin parlamenti adından rəsmi təbrik də çatdırılır. ABŞ-ın ən böyük ştatlarından biri olan Kaliforniya ştatının parlamentində bu mühüm sənədin qəbul edilməsi Amerikada fəaliyyət göstərən Pax Turcica İnstitutu tərəfindən aparılan kampanya nəticəsində mümkün olmuşdur. Rəsmi sənəd Kaliforniya ştatının […]

Senator Dayan Faynşteyn:”Azərbaycan və Birləşmiş Ştatlar arasında dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm”

Posted July 8th, 2012 at 2:58 pm (UTC-5)
Leave a comment

ABŞ Senatının nüfuzlu üzvü, Kaliforniya ştatından demokrat senator Dayan Faynşteyn Amerikada Azərbaycan diaspor üzvlərinin ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətinə dəstəklə bağlı məktub kampaniyasına cavab verib. Senator Faynşteyn öz məktubunda məsələni onun diqqətinə çatdırdıqlarına görə icma üzvlərinə təşəkkürünü bildirib və öz fikrini bölüşmək imkanına malik olmasından məmnunluğunu ifadə edib. Senator Faynşteyn Azərbaycan və Birləşmiş Ştatlar arasında uzun tarixə […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>