Showing Archived Posts

Floridanın Hallandale Beach şəhərində oktyabrın 18-i Azərbaycanın Müstəqilliyi günü kimi qeyd edilir

Posted October 18th, 2012 at 3:30 pm (UTC-5)
Leave a comment

Florida ştatının cənubunda yerləşən Hallandale Beach şəhərində oktyabrın 18-i Azərbaycanın Müstəqilliyi günü elan edilib. Şəhərin meri Coy Kuper Hanandale Beach şəhərində yaşayan azərbyacanlılarla görüşündə oktyabrın 18-ni Azərbaycanın Müstəqilliyi günü elan edilməsi hadqa imzaladığı rəsmi sənədi açıqlayıb. Rəsmilər bu addımı Hallandale Beach şəhərində yaşayan təxminən 150 amerikalı azərbaycanlının müraciətini nəzərə alaraq və Azərbaycanın Sovet İttifaqından müstəqilliyini […]

Rüstəm Cəbrayılov: Bir azərbaycanlı kimi çəkildiyim reklamın Tayms meydanında nümayişi mənim üçün böyük fəxrdir

Posted October 11th, 2012 at 10:25 am (UTC-5)
Leave a comment

Azərbaycanlı model Rüstəm Cəbrayılovun çəkildiyi reklam Nyu-Yorkun məşhur Tayms meydanında bilbordda yerləşdirilib. Nyu-Yorkda yaşayan Rüstəm Cəbrayılov artıq bir neçə illdir professional model kimi dünyanın məşhur dizaynerləri ilə işləyir. Rüstəm Cəbrayılovun Amerikanın səsinə müsahibəsini təqdim edirik. Dilşad Əliyarlı: Rüstəm bəy, reklamınızın Tayms meydanında yerləşdirilməsi münasibətilə sizi təbrik edirik. Siz belə populyar bir yerdə reklamı göstərilən ilk […]

Azərbaycan mədəniyyəti Amerikada Türk festivallarında təmsil olunur

Posted October 3rd, 2012 at 1:32 pm (UTC-5)
Leave a comment

Sentyabrın 30-da Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib. 10-cu yubiley festivalını ABŞ paytaxtının, Virciniya və Merilend ştatlarının minlərlə sakini ziyarət edib. Artıq bir neçə ildir ki, Türk festivalında Azərbaycan da stendlər və sərgilərlə təmsil olunur. Bu il də ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Türk festivalında Azərbaycana həsr edilmiş sərgi ilə iştirak edib. Sərgini ziyarət edənlər Azərbaycanın […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>