Showing Archived Posts

Amerika azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd edir

Posted December 31st, 2012 at 2:43 pm (UTC-5)
Leave a comment

ABŞ-da yaşayan azərbaycanlılar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müxtəlif tədbirlər keçirir. Amerika-Azərbaycan Şurası və Amerika Azərbaycan Cəmiyyəti, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, Floridada Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası, ABŞ-ın müxtəlif ştatlarında fəaliyyət göstərən diaspor qrupları dünya azərbaycanlılarına təbriklərini çatdırır. Amerika-Azərbaycan Şurası və Amerika Azərbaycan Cəmiyyətinin icma üzvlərinə göndərdiyi təbrik məktubunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün […]

Azərbaycan və Texas ştatı arasında əlaqələr genişlənir

Posted December 23rd, 2012 at 4:27 pm (UTC-5)
Leave a comment

Dekabrın 21-də Azərbaycan Dövlət Neft Şirkəti və Hyuston şəhəri arasında əməkdaşlığın inkişaf etdirilməsi və tərəflər arasında xüsusi dostluq münasibətlərinə dair sənəd imzalanıb. Sənədə Azərbaycan tərəfdən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov və Hyuston bələdiyyəsinin rəsmisi Endrü İken Hyustonda keçirilən xüsusi mərasimdə imza atıblar. Tədbir iştirakçıları Azərbaycan və Texas ştatı, eləcə də Bakı və Hyuston […]

San-Diyeqo şəhərində amerikalı, azərbaycanlı və gürcü müharibə veteranlarının xatirəsi anılıb

Posted December 10th, 2012 at 12:47 pm (UTC-5)
Leave a comment

Kaliforniya ştatının San-Diyeqo şəhərində İraq və Əfqanıstan müharibəsində iştirak edən Amerika, azərbaycanlı və gürcü müharibə veteranlarının anım mərasimi keçirilib. San-Diyeqo Diplomatik Şurasının təşəbbüsü ilə keçirilmiş mərasimin təşkilində Azərbaycan Amerika Şurası da iştirak edib. Mərasimdə San-Diyeqo şəhərinin sakini olmuş əslən azərbaycanlı ABŞ ordusunun kapralı, Murad Rəhimovun xatirəsi anılıb. Murad Rəhimov 2005-ci ildə yanvarın 26-da İraqda həlak […]

Vaşinqtonda Azərbaycan Parlamentinin 94-cü ildönümü qeyd edilib

Posted December 10th, 2012 at 11:09 am (UTC-5)
Leave a comment

Azərbaycanın ABŞ-dakı səfirliyi Azərbaycan Parlamentinin yaranmasının 94-cü ildönümü münasibətilə Vaşinqtonda rəsmi tədbir keçirib. Tədbirə ABŞ Konrqesinin Xarici Ələqələr Komitəsinin Avropa və Avrasiya alt komitəsinin sədri , İndiana ştatını təmsil edən konqresmen Dan Barton, Ohayo ştatını təmsil edən qanunverici Cin Şmidt, Montana konqresmeni Denni Reberq, Minnesota senatoru Al Franken və Pensilvaniyadan olan senator Bob Keysi, Texas […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>