Showing Archived Posts

Tennessi ştatı Xocalı qətliamını tanıyıb

Posted March 19th, 2013 at 1:42 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının bildirdiyinə görə, martın 18-də Tennessi ştatının parlamenti Xocalı qətliamını tanıyıb, Pensilvaniya ştatının assambleyasında isə Xocalı qətliamının tanınması ilə bağlı qətnamə təqdim edilib. Tennessi ştatının Xocalı faciəsinin 21-ci ildönümünün tamam olduğu vaxt qəbul etdiyi qətnamə ştatın qanunvericilik orqanına konqresmen Co Touns tərəfindən təqdim edilib. Pensilvaniya ştatının qəbul etdiyi qətnamədə Xocalı faciəsinin […]

Kaliforniyanın İrvin universitetində Xocalı konfransı

Posted March 4th, 2013 at 12:49 pm (UTC-5)
Leave a comment

ABŞ-da Azərbaycan diaspor təşkilatları, eləcə də Amerikada yaşayan azərbaycanlılar Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib. Kaliforniyanın İrvin universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyası “Dağlıq Qarabağ Münaqişəsi: Məhv edilmiş şəhərin tarixçəsi” mövzusunda seminar təşkil edib. Amerika Azərbaycan Şurası və AYNA şəbəkəsinin təşəbbüsü ilə keçirilən tədbirdə tələbə assoasiyasının üzvləri Aytən Nəbiyeva, Rəfiqə Qurbanzadə, […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>