Showing Archived Posts

Nyu-Yorkda Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Posted October 20th, 2013 at 2:50 pm (UTC-5)
Leave a comment

Oktyabrın 18-də Nyu-Yorkda Azərbaycanın Dövlət Müstəqilliyinin 22-cü ildönümü qeyd edilib. Şəhərin maliyyə mərkəzi olan Uol Stritdə Bowling Green parkında keçirilən tədbir Nyu-Yorkdakı Azərbaycan Assosiasiyası tərəfindən təşkil edilib. ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib, parkda Azərbaycanın bayrağı ucaldılıb. Nyu-Cersi ştatının Senatı Oktyabın 18-i […]

Azərbaycan Kaliforniyada festivalda təmsil olunub

Posted October 1st, 2013 at 9:56 am (UTC-5)
Leave a comment

Azərbaycan icmasının üzvləri sentyabrın 28-də ABŞ-ın Kaliforniya ştatındakı İrvin şəhərində keçirilən Qlobal Village festivalında iştirak edərək Azərbaycanı təmsil ediblər. Bu, Kaliforniyada müxtəlif xalqlar və millətlərin təmsil edildiyi ən böyük multi etnik tədbirdir. Azərbaycan Amerika Şurası bu tədbirə 2007-ci ildən qatılır. Bu il Oranc dairəsində yaşayıb fəaliyyət göstərən 50-dən artıq milli-mədəni qrupun təşkil etdiyi müxtəlif sərgiləri […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>