Azərbaycan icmasının üzvləri sentyabrın 28-də ABŞ-ın Kaliforniya ştatındakı İrvin şəhərində keçirilən Qlobal Village festivalında iştirak edərək Azərbaycanı təmsil ediblər.
Bu, Kaliforniyada müxtəlif xalqlar və millətlərin təmsil edildiyi ən böyük multi etnik tədbirdir. Azərbaycan Amerika Şurası bu tədbirə 2007-ci ildən qatılır.
Bu il Oranc dairəsində yaşayıb fəaliyyət göstərən 50-dən artıq milli-mədəni qrupun təşkil etdiyi müxtəlif sərgiləri 25 mindən çox insan ziyarət edib.
Azərbaycan Amerika Şurasının üzvləri ziyarətçiləri sərgidə nümayiş etdirilən milli geyimlər və suvenirlər haqda məlumat vermiş, onlara Azərbaycanın, tarixi, coğrafiyası və mədəniyyətinə dair broşürlər tədqim edib. Ziyarətçilər bu il eyni zamanda Kaliforniyanın cənubunda mağazalarda satışa buraxılan Azərbaycan istehsalı olan nar şirəsi dadmaq imkanı əldə etmişlər.
Sərginin materiallarının böyük hissəsi Azərbaycanın Kaliforniyadakı baş konsulluğu tərəfindən Azərbaycan Amerika Şurasına təqdim edilib.