Oktyabrın 18-də Nyu-Yorkda Azərbaycanın Dövlət Müstəqilliyinin 22-cü ildönümü qeyd edilib. Şəhərin maliyyə mərkəzi olan Uol Stritdə Bowling Green parkında keçirilən tədbir Nyu-Yorkdakı Azərbaycan Assosiasiyası tərəfindən təşkil edilib.
ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib, parkda Azərbaycanın bayrağı ucaldılıb.
Nyu-Cersi ştatının Senatı Oktyabın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi gününün tanınmasına dair qətnamə qəbul edib. Nyu-Yorkdakı Azərbaycan Assosiasiyasının rəhbəri Ercan Yerdelenli Nyu-Cersi senatoru Maykl Dorotiyə qətnaməyə sponsorluq etdiyinə görə Azərbaycan icması adından təşəkkürünü bildirib.