Showing Archived Posts

ABŞ-da Xocalı faciəsi ilə əlaqədar yeddinci məktub kampaniyası keçirilir

Posted February 25th, 2014 at 12:40 pm (UTC-5)
Leave a comment

Amerikada yaşayan azərbaycanlıların şəbəkəsi olan USAN Birləşmiş Ştatlarda Xocalı faciəsinə siyasi qiymət verilməsi məqsədilə yeddinci məktub kampaniyası keçirir. Təşkilatın USAN və ABŞ-dakı türkləri birləşdirən USTN qrupunun üzvlərinə göndərdiyi məktubda Xocalı hadisələrinin tanınması istiqamətində aparılan səylər nəticəsində Amerika Birləşmiş Ştatlarının ayrı-ayrı ştatlarının parlamentləri səviyyəsində sənədlərin qəbul edildiyi vurğulanır. “Sizin dəstəyiniz sayəsində biz ABŞ-da ilk dəfə olaraq […]

Nyu-Yorkda “Cavad xan” filminin təqdimatı (Fotolar)

Posted February 10th, 2014 at 3:47 pm (UTC-5)
1 comment

Nyu-York şəhərində Əyyub Sultan Mədəniyyət Mərkəzində “Cavad xan” bədii filminin təqdimatı keçirilib. Azərbaycan Nyu-York Assosiasiyasının təşkil etdiyi tədbirdə Azərbaycan və Türkiyə icmasının üzvləri iştirak ediblər.   Təqdimat mərasimini Azərbaycan Nyu-York Assosiasiyasının sədri Ercan Yerdələnli açaraq, film haqda məlumat verib.   Tədbirə qatılan “Cavad xan” filminin ssenari müəllifi Sabir Rüstəmxanlı, quruluşçu-rejissoru isə Rövşən Almuradlı və Mədəni […]

Nyu-Yorkda “Cavad xan” filminin təqdimatı olacaq

Posted February 7th, 2014 at 3:17 pm (UTC-5)
Leave a comment

Nyu-York şəhərində “Cavad xan” bədii filminin təqdimatı keçiriləcək. Azərbaycan Nyu-York Assosiasiyasının təşkil etdiyi tədbirə Azərbaycan, Türkiyə və Qərb ölkələrinin diplomatik nümayəndələri, Azərbaycan və türk icmasının üzvləri dəvət edilib. Nyu-Yorkdakı Əyyub Sultan Mərkəzində keçiriləcək təqdimatda filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və quruluşçu-rejissoru Rövşən Almuradlının iştirak edəcəyi bildirilir. Azərbaycanın sərkərdəsi və dövlət xadimi Cavad xan haqqında tammetrajlı […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>