Showing Archived Posts

ABŞ qanunvericiləri Urmiyə gölündə yaranmış vəziyyətlə bağlı məlumatlandırıldıqlarına görə diaspor üzvlərinə təşəkkür bildirir

Posted September 23rd, 2011 at 3:20 pm (UTC-5)
Leave a comment

Amerika qanunvericiləri ABŞ-da Azərbaycan diaspor üzvlərinin Urmiyə gölünün quruması ilə əlaqədar kampaniya çərçivəsində göndəridiyi məktublara cavab verməyə başlayıb. Amerikada yaşayan azərbaycanlılar Konrqes üzvlərinə göndərdikləri məktublarda diqqəti Urmiyə gölündə yaranmış ekoloji fəlakətə yönəldərək, gölün xilas edilməsi üçün İran hökumətinə təzyiq göstərməyə çağırır. Florida ştatından demokrat senator Bil Nelson Urmiyə gölündə yaranımış ekoloji vəziyyətlə məlumatlandırıldığına və təmsil […]

Əhməd Obalı:” Millət ayağa qalxmasa və etirazını bildirməsə, biz Ana dilimizi itirmirik, biz vətəni itiririk”

Posted September 7th, 2011 at 2:30 pm (UTC-5)
Leave a comment

ABŞ-da Çikaqo şəhərində yerləşən Günaz TV Urmiyə gölünün quruması ilə əlaqədar etiraz aksiyalarını ən çox işıqlandıran media qurumlarından biridir. Günaz TV-nin təsisçisi Əhməd Obalı bu yaxınlarda televiziyada çıxışında Urmiyə gölündə yaranmış ekoloji vəziyyətlə əlaqədar keçirilən aksiyaların işıqlandırılması ilə bağlı tənqidlərini səsləndirib. Amerikanın səsinin AzeriDiaspor bloquna müsahibədə Əhməd bəy bildirdi ki, Urmiyədə hadisələrlə bağlı Günaz TV-yə […]

Faxtə Zamani:”Urmiyə və Təbrizdə çox sayda fəal həbs edilib, yüzlərlə həbs edilən var”

Posted August 31st, 2011 at 2:32 pm (UTC-5)
Leave a comment

Urmiya gölünün quruması ilə əlaqədar avqustun 27-də Urmiya və Təbriz şəhərlərində kütləvi etiraz aksiyalar zamanı polisə nümayişçilər arasında toqquşmaların baş verdiyi, çox sayda insanın həbs edildiyi haqda məlumatlar verilib. Aksiyalar zamanı çəkilmiş video götüntülər Youtube və Facebook səhifələrində yerləşdirilib. Beynəlxalq xəbər agentlikləri aksiyaları təhlükəsizlik qüvvələri və insanlar arasında toqquşmaları 2009-cu ildə mübahisəli prezident seçkilərindən sonrakı […]

Amerika azərbaycanlıları ABŞ hökumətini Urmiyə gölündə yaranmış vəziyyətə diqqət yetirməyə çağırır

Posted August 30th, 2011 at 10:45 am (UTC-5)
Leave a comment

Amerika azərbaycanlıları ABŞ hökuməti və Konqresi Urmiyə gölündə yaranmış vəziyyətə cəlb etmək üçün məktub kampaniyasına başlayıb. ABŞ-da yaşayan azərbaycanlıların təşkilatları və qrupları Urmiyə gölündə yaranmış ekoloji vəziyyətə diqqət verilməsi üçün Amerika hökuməti və Konqres üzvlərinə məktublar göndərir. ABŞ hökuməti və Konqres üzvlərinə ünvanlanmış müraciətdə Amerika azərbaycanlıları Urmiyə gölünün qorunması məqsədilə fəaliyyət göstərməsi üçün İran hökumətə […]

Neft Daşları haqda sənədli film Vaşinqtonda beynəlxaq kino-festivalda nümayiş etdirilir

Posted March 15th, 2011 at 3:39 pm (UTC-5)
1 comment

ABŞ paytaxtında martın 15-27-i ətraf mühit problemlərinə həsr olunmuş beynəlxalq kino-festival keçirilir. Kino-festivalda göstərilən filmlər arasında 2009-cu ildə rejissor Mark Volfensberqer tərəfindən yaradılmış “Neft Daşları-Su üzərində şəhər” adlı sənədli film də nümayiş etdiriləcək.  İsveçrə-Azərbaycan istehsalı olan sənədli film 1949-cu ildə sovet dövrü inşa edilmiş Neft Daşlarının keçmişi və bu gününə həsr edilib. Neft Daşlarının 60 illik […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>