Showing Archived Posts

TÜRKSOY Vaşinqtonda konsert təşkil etdi

Posted March 29th, 2011 at 1:38 pm (UTC-5)
Leave a comment

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY Birləşmiş Ştatlarda Novruz şənlikləri çərçivəsində Vaşinqtonda böyük konsert təşkil edib. Şəhərin tarixi Linkoln teatrında təşkil edilmiş konsertdə türk xalqlarını təmsil edən 140-dan çox incəsənət ustası iştirak edib. Novruz konsertində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə ilə yanaşı Ukrayna və Rusiya Federasiyasının bir sıra bölgələrini təmsil edən sənət ustaları çıxış edib. […]

Vaşinqtonda “Azərbaycan Ritmləri” konserti

Posted March 25th, 2011 at 4:06 pm (UTC-5)
Leave a comment

ABŞ paytaxtında Azərbaycan musiqiçilərinin iştirakı ilə “Azərbaycan Ritmləri” konserti keçirilib. Yüzdən çox insan Vaşinqtonun tarixi Linkoln teatrında konsertə toplaşıb. Konsert iki hissədə keçib. Birinci hissədə Natiq Ritm qrupunun ifasında zərb alətlərində musiqi kompozisiyaları ifa edilib. İkinci hissədə isə Rast qrupunun ifasında Azərbaycan xalq mahnılarının caz improvizasiyaları səsləndirilib. Tamaşaçılar azərbaycanlı musiqiçiləri böyük rəğbətlə qarşılayıblar. ABŞ-ın Qarabağ […]

ABŞ-da Novruz şənliyi haqda Amerikanın səsinin video-reportajı

Posted March 25th, 2011 at 1:59 pm (UTC-5)
Leave a comment

Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin keçirdiyi Novruz şənliyi haqda Amerikanın səsinin video-reportajına baxın. Video:Emil Quliyev

ABŞ konqresmeni Jim Moran Amerikadakı azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib

Posted March 24th, 2011 at 10:22 am (UTC-5)
Leave a comment

Virciniya ştatından konqresmen Cim Moran ABŞ-dakı azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. Konqresmen Cim Moran ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN-ın Novruz bayramının türk xalqlarının bayramı kimi tanınması kampaniyasına cavab olaraq təşkilatın direktoru Adil Bağırova məktub göndərib. Məktubda Virciniya konqresmeni bu mühüm bayram günündə azərbaycanlılara öz təbriklərini və xoş arzularını çatdırıb. Konqresmenin məktubunda deyilir ki, Birləşmiş […]

Posted in ABŞ-Azərbaycan

ABŞ Konqresində Azərbaycanla bağlı iki seminar keçiriləcək

Posted March 23rd, 2011 at 3:32 pm (UTC-5)
Leave a comment

 ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN martın 25-də Birləşmiş Ştatlar Konqresində Azərbaycana dair iki seminarın keçiriləcəyi barədə məlumat yayıb. Seminarlardan biri ABŞ və Azərbaycan arasında münasibətlərin bugünkü durumuna həsr edilib. Bu mövzuda çıxış etmək üçün Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə, Rasim Musabəyov və Ceyhun Osmanlı tədbirə dəvət olunublar. Konqresdə keçiriləcək ikinci seminarda Dağlıq Qarabağın […]

ABŞ-ın “İpək Yolu” ansamblı Novruz şənliyində Azərbaycan rəqslərini ifa etdi

Posted March 22nd, 2011 at 11:04 am (UTC-5)
Leave a comment

                                                                                                                                                                   Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzinin martın 20-də Novruz bayramı münasibətilə təşkil etdiyi şənlikdə ABŞ-ın “İpək Yolu” ansamblı Azərbaycan rəqslərini ifa etdi. “İpək Yolu” rəqs ansamblı 1995-ci ildə yaradılıb. Ansamblın bədii rəhbəri Lorel Viktorya Qreydir. Ansambl UNESCO-nun sponsorluğu ilə Özbəkistanda keçirilən Şərq Təranələri festivalında çıxış etmək hüququ qazanmış ilk Amerika rəqs qrupudur. “İpək Yolu” […]

Amerika azərbaycanlılarının Novruz şənliyi

Posted March 21st, 2011 at 12:09 pm (UTC-5)
Leave a comment

Vaşinqtondakı Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzi martın 20-də Novruz bayramı münasibətilə böyük bayram şənliyi keçirib. Amerika azərbaycanlılarının ən çox sevdiyi və böyük məhəbbətlə qeyd etdiyi Novruz şənliyinə bu il 250-dən artıq adam toplaşmışdı. Ənənəvi Novruz şənliyinə paytaxt Vaşinqton, Merilend, Virciniya və Delaver ştatları ilə yanaşı, ABŞ-ın başqa ştatlarında yaşayan həmvətənlərimiz də qatılmışdı. Qonaqlar üçün xüsusi […]

Amerikada uşaqlar üçün Novruz şənliyi

Posted March 15th, 2011 at 11:46 am (UTC-5)
Leave a comment

Amerikada azərbaycanlı qadınların təşkilatı AWA martın 13-də uşaqlar üçün Novruz şənliyi keçirib. Tədbirdə paytaxt Vaşinqton, Virciniya və Merilend ştatlarında yaşayan uşaqlar və onların valideynləri iştirak edib. Şənliyin təşkilatçıları uşaqlara Novruz bayramı haqqında məlumat verib. Balacalar üçün bayram süfrəsi açılıb və xonçalar düzəldilib. Uşaqlar Azərbaycan dilində şerlər söyləyiblər.  Novruz adətlərini uşaqlara öyrətmək məqsədilə uşaqlara yumurta boyamaq öyrədilib. Milli geyimdə […]

ABŞ-da ilk dəfə olaraq Azərbaycan diaspor nümayəndələri haqda qətnamə qəbul edilib

Posted March 13th, 2011 at 11:47 am (UTC-5)
Leave a comment

Texas ştatının qanunverici orqanında ilk dəfə olaraq Azərbaycan diaspor üzvləri haqda qətnamə qəbul edilib. ABŞ-da yaşayan azərbaycanlılıarın şəbəkəsi USAN xəbər verir ki, hər il aparılan intensiv kampaniya nəticəsində Texas qanunvericisi Skot Hokberq tarixi addım ataraq, dünya ölkələrində ilk dəfə Amerikada yaşayan azərbaycanlılar haqda ştat Konqresinin Nümayəndələr Palatasına qətnamə təqdim etmiş və onun təsdiqinə nail olmuşdur. […]

Türk Amerika Milli Liderlik konfransı (Vaşinqton, mart 17-19)

Posted March 10th, 2011 at 7:40 pm (UTC-5)
Leave a comment

Martın 17-19-u Vaşinqtonda Türk Amerika Milli Liderlik konfransı keçiriləcək. ABŞ- da fəaliyyət göstərən iki ən böyük türk təşkilatının sponsorluq etdiyi konfransa ABŞ azərbaycanlılarının şəbəkəsi USAN da dəvət edilib. Konfransda əsas diqqət Amerikadakı türk icmalarının fəaliyyətinin ABŞ və Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək bir şəkildə qurulması məsələsinə yönələcək. İki gün keçiriləcək iclaslarda ABŞ-dakı türk təşkilatlarının […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>