Showing Archived Posts

New York Times Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü haqda yazır

Posted June 25th, 2011 at 2:39 pm (UTC-5)
Leave a comment

New York Times qəzeti Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Kazan görüşü haqda məqalə dərc edib. “Azərbaycan və Ermənistan münaqişəyə son qoymaq üçün razılığa gələ bilmədi” adlı məqalədə deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair Baza prinsipləri üzrə razılığa gələ bilməyən prezidentlər görüşdən sonra birgə bəyanatda bir sıra məsələlər ətrafında qarşılıqlı anlaşmaya nail olduqlarını bildiriblər. Qəzet […]

Posted in ABŞ-Azərbaycan

ABŞ azərbaycanlıları Azərbaycanda qaçqınlar problemi və Dağlıq Qarabağ məsələsi barədə məktub kampaniyası keçirir

Posted June 20th, 2011 at 4:07 pm (UTC-5)
Leave a comment

Amerikada yaşayan azərbaycanlı icmasının üzvləri  ABŞ prezidenti Barak Obama və Konqres üzvlərinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çağırışı ilə məktub göndərib. ABŞ-da yaşayan azərbaycanlıların şəbəkəsi USAN bu ayın əvvəllərində ABŞ liderləri və qanuvericilərin diqqətini Azərbaycanda qaçqınların problemi və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının vacibliyinə yönəltmək üçün  məktub kampaniyasına  başlayıb.  Bu, artıq dördüncü ildir ki, Amerika azərbaycanlıları belə […]

Posted in ABŞ-Azərbaycan

“Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr”(VİDEO)

Posted June 16th, 2011 at 2:38 pm (UTC-5)
Leave a comment

Konqres kitabxanasında “Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr” mövzusunda məruzə oxunub. Mühazirə Vaşinqtondakı Süval-Belmont muzeyinin direktor müavini, muzeyin kolleksiyalar şöbəsinin müdiri Cennifer Krafçik tərəfindən təqdim edilib. Muzey ABŞ-da qadın hərəkatı tarixinə dair ən zəngin kolleksiyaya malikdir.

Rəssam Ağa Hüseynovun əsərləri Venesiyada incəsənət sərgisində nümayiş etdirilib

Posted June 16th, 2011 at 2:03 pm (UTC-5)
Leave a comment

İyunun 1-i İtaliyanın Venesiya şəhərində Palazzo Benzon sarayında 54-cü Beynəlxalq Təsviri İncəsənət Sərgisi açılıb. Bu il üçüncü dəfədir ki, Azərbaycanlı rəssamlar da sərgiyə qatılır. Sərgi “İlluminasiya” adı altında keçib. Sərgidə Nyu-Yorkda yaşayan Azərbaycanlı rəssam Ağa Hüseynovun da işləri nümayiş etdirilib. Ağa Hüseynovun əsərlərində Bakı motivləri mərkəzi yer tutur. Azərbaycanlı rəssamın işləri dünyanın bir sıra ölkələrində […]

Washington Post qəzetində Azərbaycan haqda məqalə

Posted June 13th, 2011 at 12:23 pm (UTC-5)
Leave a comment

Washington Post qəzetində “Azərbaycan Şərqlə Qərb arasında” adlı məqalə dərc edilib. Məqalənin müəllifi Keti Lalli Azərbaycanın Eurovision müsabiqəsində qələbəsinin ölkənin imicinə və gələcəyinə təsirindən yazır. Məqaləni “Görəsən fərqli düşünən insanların danışıq dili olan rokn-roll azərbaycanlıları azad edəcəkmi?” sualı ilə başlayan müəllif gələn il 43 ölkənin iştirakı ilə müsabiqəyə ev sahibliyi edəcək Azərbaycanın indikindən daha artıq […]

Posted in ABŞ-Azərbaycan

ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye, Robert Bradke və İqor Popov regiona səfərlə bağlı bəyanatla çıxış ediblər

Posted June 9th, 2011 at 3:56 pm (UTC-5)
Leave a comment

Bəyanatda bildirilir ki, ABŞ, Fransa və Rusiyanı təmsil edən həmsədrlər iyunun 6-dan 9-a qədər Bakı, Dağlıq Qarabağ və Yerevana səfər edib və səfir Andjey Kasprşiklə birlikdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və Qarabağın de-fakto rəsmiləri ilə görüşlər keçiriblər. Həmsədrlər Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdan gələn görüşünə hazırlıqlar məqsədilə mayın 26-da Rusiya, […]

Konqres kitabxanasında “Azərbaycan və ABŞ:Qadınlara səsvermə hüququ verən öncül ölkələr” mövzusunda mühazirə oxunub

Posted June 8th, 2011 at 2:56 pm (UTC-5)
Leave a comment

ABŞ Konqresinin kitabxanasında “Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr” mövzusunda mühazirənin təqdimatı olub. Mühazirə Vaşinqtondakı Süval-Belmont muzeyinin direktor müavini, muzeyin kolleksiyalar şöbəsinin müdiri Cennifer Krafçik tərəfindən təqdim edilib. Muzey ABŞ-da qadın hərəkatı tarixinə dair ən zəngin kolleksiyaya malikdir. Tədbir ABŞ-ın Qarabağ fondunun dəstəyi ilə keçirilib. Cennifer Kravçik Azərbaycanda qadın məsələləri ilə yeni […]

Vaşinqtonda Tekstil muzeyinin festivalında Azərbaycan xalça sərgisi və xalq musiqi ilə təmsil olunub

Posted June 5th, 2011 at 1:52 pm (UTC-5)
Leave a comment

Vaşinqtonda yerləşən Tekstil muzeyinin hər il keçirdiyi festivalda bu il Azərbaycan da təmsil olunmuşdur. ABŞ-ın Qarabağ Fondunun təşəbbüsü ilə festival iştirakçıları Azərbaycanın xalçaçılıq sənəti, xalq musiqisi və rəqsləri ilə tanış ola biliblər. Qarabağ Fondunun Mədəniyyət elçisi, tanınmış musiqişünas Cefri Verbok amerikalılara Azərbaycanın qədim şərq xalçaçılıq sənətində rolundan danışıb. Tanınmış musiqiçi İmamyar Həsənov festivala gələnləri Azərbaycanın […]

Kaliforniya ştatının Orange inzibati dairəsində mayın 28-i Azərbaycanın Milli Günü elan edilib

Posted June 1st, 2011 at 12:37 pm (UTC-5)
Leave a comment

2011-ci il mayın 25-də Kaliforniya ştatının Orange inzibati dairəsinin direktorlar şurasının sədri Bil Kampbel mayın 28-nin Azərbaycanın Milli Günü kimi qeyd edilməsinə dair bəyannamə imzalayıb. Sənəd ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Şurasının adına göndərilib. Bəyannamədə 1918-ci il mayın 18-də Azərbaycanda müsəlman dünyasında ilk dəfə olaraq parlamentar demokratik respublikanın qurulduğu və onun Birləşmiş Ştatlar tərəfindən tanındığı, Naxçıvanın […]

Amerika Azərbaycan Cəmiyyəti Nyu-Yorkda 28 May gününü qeyd edir (VİDEO)

Posted May 30th, 2011 at 8:37 am (UTC-5)
Leave a comment

Mayın 28-də Nyu-York şəhərində Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümü və ənənəvi Türk yürüşü keçirilib. Amerika Azərbaycan Cəmiyyəti dünya azərbyacanlılıarı ilə tədbirlərdən çəkilmiş video görüntüləri bölüşür.

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>