ABŞ azərbaycanlıları Birləşmiş Ştatların Azərbaycandakı səfiri Metyu Brayzanın öz vəzifəsinə yenidən təsdiq edilməsi üçün məktub kampaniyası keçirir. ABŞ-da azərbaycanlıların şəbəkəsi olan USAN, Amerika-Azərbaycan Şurası, Pax Turcica təşkilatları erməni lobbisinin səfir Brayzanın təsdiq edilməsinə mane olmaq üçün kampaniya apardığını bildirərək, azərbaycanlıları lobbinin fəaliyyətlərinin qarşısını almaq məqsədilə Amerika qanunvericilərinə məktub gönrdərməyə çağırıb. Diaspor üzvlərinə müraciət məktublarında bildirilir […]
Şükranlıq günü yazısı ilə bağlı suallara cavablar
Şükranlıq günü yazısına çoxlu suallar və şərhlər vermisiniz və ən başlıcası da bəyənmisiniz. Çox sağ olun. Təşəkkür etmək üçün mənə daha bir gözəl imkan verdiniz! Şükranlıq gününün nə bayramı olduğunu soruşanlar üçün. Hər il Amerikada noyabr ayının sonuncu cümə axşamı Şükranlıq günü qeyd edilir. Tarixə görə, 1621-ci ildə İngiltərədən köçmüş və Amerikada hazırda Massaçusets ştatının […]
Şükranlıq günü
Uşaqlıqda hindtoyuğunu sevmirdim. Düzü başa düşmürdüm ki, əgər quşdursa nə üçün uçmur, üstəlik də bütün günü deyinir, təkəbbürlü-təkəbbürlü həyətdə gəzir. Hər dəfə kəndə bibimgilə gedəndə ətrafında cücələrlə gəzən toyuqlara baxırdım və fikriləşirdim ki, uça bilməməsi bir tərəfə, heç balalarını başəna da yığmaq istəmir. Bunu deməyə səbəb də tapırdım. Hər il hindtoyuğu cücə çıxaranda mənim əziz […]
ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Elin Süleymanovun səfir təyin edilməsini alqışlayır
Birləşmiş Ştatlarda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Elin Süleymanovun Azərbaycanın Amerika Birləşmiş Ştalarında Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsini böyük razılıq hissi ilə qarşılayıb. ABŞ və Kanadada fəaliyyət göstərən Amerika-Azərbaycan Şurasının açıqlamasında Elin Süleymanovun Azərbaycan Respiblikasının Los Ancelesdə baş konsulu kimi çalışdığı müddətdə ABŞ-Azərbaycan münasibətlərinin inkişafı istiqamətində xidmətləri göstərilir. “Azərbaycanın ABŞ-ın 13 ştatında təmsilçisi […]
Rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir
Azərbaycanlı rəssam Yavər Rzayevin “Könlüm keçir Qarabağdan” adlı sərgisi Kaliforniyanın Monterey şəhərində nümayiş etdirilir. Bu sərgi ABŞ və Azərbaycan, habelə Montereyin bu yaxınlarda qardaşlaşdığı Lənkəran şəhəri arasında əlaqələrin möhkəmləndirilməsi işinə daha bir töhfədir. Əslən Ağdam şəhərindən olan Yavər Rzayev 2000-ci ildən ABŞ-da yaşayır. Onun rəsm əsərlərindən ibarət sərgiləri Amerikanın bir sıra şəhərlərində nümayiş etdirilib. Bu […]
Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyevlə müsahibə
Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cavanşir Vəliyev bu günlər ABŞ-a səfər edir. Səfər çərçivəsində o, Amerikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının işi ilə yaxından tanış olur. Amerikanın səsinə müsahibəsində o, Amerikaya səfəri ilə bağlı təəssüratları və Azərbaycan diaspor təşkilatlatının ABŞ-da fəaliyyəti ilə bağlı fikirləri ilə bölüşür. Dilşad Əliyarlı: Cavanşir müəllim, Diaspor […]
Con Nəimi Əmiral Virciniya ştatının İnsan Hüquqları Şurasının üzvü təyin edilib
Virciniya ştatının qubernatoru Bob Makdonnel Amerikada yaşayan azərbaycanlı Con Nəimi Əmiralı İnsan Hüquqları Şurasının üzvü təyin edib. Qubernator Makdonnel oktyabrın 7-də ştatın administrasiyasına yeni təyinatların edildiyinə dair sərəncam imzalayıb. Dörd il müddətinə seçilən doqquz üzvdən ibarət şura Virciniya ştatı hökumətinin irqi, dini, milli mənsubiyyəti, cinsi, tibbi vəziyyəti və başqa səbəblərə görə vətəndaşların ayrı-seçkiliyə məruz qalmadığını […]
Vaşinqtonda Türk Festivalında Azərbaycan bu il iki stendlə təmsil olundu
Oktyabrın 2-də Vaşinqtonda 9-cu Türk Festivalı keçirildi. ABŞ paytaxtında artıq ənənəvi tədbirə çevrilmiş Türk festivalı bu il də minlərlə insanı cəlb etdi. Türk festivalının proqramnda bu il mühüm hadisə ABŞ paytaxtı Vaşinqton və Türkiyə paytaxtı Ankaranın qardaşlaşmış şəhərlər elan edilməsi oldu. Festivalın yüksək səviyyəli qonaqları olan Ankara şəhərinin meri Melih Gökçek və paytaxt Vaşinqtonun meri […]
ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatları 11 sentyabr hücumlarının 10-cu ildönümü münasibətilə bəyanatlar verib
ABŞ azərbaycanlılarının şəbəkəsi USAN, Azərbaycan-Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyəti 2001-ci il sentyabrın 11-də Vaşinqton və Nyu-Yorkda terror hücumlarının 10-cu ildönümü münasibətilə bəyanatlarla çıxış edib. Bəyanatlarda 11 sentyabr hadisələri zamanı minrlərlə amerikalı və digər xalqların nümayəndələrinin həyatlarını itirdiyi və hadisə qurbanlarının xatirəsinin heç zaman unudulmayacağı qeyd edilir. Burada göstərilir ki, Amerikada yaşayan azərbaycanlılar ABŞ hərbi […]
Nəimi Əmiral:”2001-ci il 11 sentyabr Azərbaycanı düşündüm, terror hadisələrinin ağrısını bilən bir vətəndaş kimi Hərbi Dəniz Qüvvələrində xidmət etmək, Amerikaya kömək etmək istədim”
2001-ci il sentyabrın 11-də ABŞ-da Vaşinqtonda və Nyu-Yorkda terror hücumları Amerikada insanların həyatına bu və ya digər şəkildə təsir göstərdi. Virciniya ştatının Norfolk şəhərində yaşayan azərbaycanlı Nəimi Əmiral 11 sentyabr hadisələrindən sonra ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmək üçün orduya yazılıb. O deyir ki, televiziya ekranında təyyarələrin dəydiyi yanan binalara baxa-baxa uşaqlıq illəri Ermənistan-Azərbaycan […]