ABŞ-da Çikaqo şəhərində yerləşən Günaz TV Urmiyə gölünün quruması ilə əlaqədar etiraz aksiyalarını ən çox işıqlandıran media qurumlarından biridir. Günaz TV-nin təsisçisi Əhməd Obalı bu yaxınlarda televiziyada çıxışında Urmiyə gölündə yaranmış ekoloji vəziyyətlə əlaqədar keçirilən aksiyaların işıqlandırılması ilə bağlı tənqidlərini səsləndirib. Amerikanın səsinin AzeriDiaspor bloquna müsahibədə Əhməd bəy bildirdi ki, Urmiyədə hadisələrlə bağlı Günaz TV-yə […]
Əhməd Obalı:” Millət ayağa qalxmasa və etirazını bildirməsə, biz Ana dilimizi itirmirik, biz vətəni itiririk”
Amerika azərbaycanlıları ABŞ hökumətini Urmiyə gölündə yaranmış vəziyyətə diqqət yetirməyə çağırır
Amerika azərbaycanlıları ABŞ hökuməti və Konqresi Urmiyə gölündə yaranmış vəziyyətə cəlb etmək üçün məktub kampaniyasına başlayıb. ABŞ-da yaşayan azərbaycanlıların təşkilatları və qrupları Urmiyə gölündə yaranmış ekoloji vəziyyətə diqqət verilməsi üçün Amerika hökuməti və Konqres üzvlərinə məktublar göndərir. ABŞ hökuməti və Konqres üzvlərinə ünvanlanmış müraciətdə Amerika azərbaycanlıları Urmiyə gölünün qorunması məqsədilə fəaliyyət göstərməsi üçün İran hökumətə […]
Şahin Şıxəliyev:”Mən Amerikada nə qədər yaşasam da, bir rəssam kimi azərbaycanlı olaraq qalıram”
(VİDEO VƏ FOTO-ŞƏKİLLƏR: EMİL QULİYEV) Azərbaycanlı rəssam Şahin Şıxəliyev 10 ildən artıqdır Amerikada yaşayır. Onunla ilk tanışlığım 2000-də oldu. Şahin Şıxəliyevi Amerikanın səsinin studiyasına mədəniyyət proqramı üçün müsahibəyə dəvət etmişdim. Bu uzaq ölkədə Azərbaycandan gəlmiş gənc rəssamın nədən ilham alıb yaradıcılıqla necə məşğul olacağı sualı söhbət boyu fikrimi məşğul edirdi. Amerikanın səsində o ilk görüşdən […]
Boston polisi itkin düşmüş azərbaycanlı qızı axtarır
Boston şəhərində Azərbaycan vətəndaşı olan 23 yaşlı Evelin Vəlibəyova itkin düşüb. Şəhərin Kuinsi (Quincy) dairəsinin polisi iyulun 16-dan itkin düşmüş gənc qadının axtarışını elan edib. Evelin Vəlibəyovanı sonuncu dəfə Kembric şəhərində çalışdığı restoranda görüblər. Polisin verdiyi məlumata görə, o, bazar ertəsi günü işlə əlaqədar səfərə çıxacağı üçün işə gələ bilməyəcəyi haqda onunla çalışan həmkarına telefonla […]
ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-ın həmtəsisçisi Bədir Məmmədli Amerikanın xarici yardımı ilə bağlı məktub kampaniyasını şərh edir
İyulun 27-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə müzakirələr keçirilib. Alt komitə ABŞ Dövlət Departamentinin bir sıra proqramları, habelə xarici yardımları nəzərdə tutan bu qanun layihəsini müzakirə üçün Təxsisatlar komitəsinə təqdim edib. Avqustun 3-də komitə tam tərkibdə ABŞ-ın xarici yardımlarının həcmi ilə bağlı müzakirələrdən sonra sənədi […]
Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri Radio Türküm radiosunun proqramında iştirak edib
Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və Amerika Türkiyə Assosiasiyalar Birliyinin prezidenti Ergün Kırıkovalı iyulun 27-də Radyo Türküm proqramında iştirak ediblər. Bu haqda məlumatı Tomris Azəri verib. Bir saat sürən proqramda Amerikada Azərbaycan-Türk diaspor təşkilatlarının iki lideri bu yaxınlarda Dünya Azərbaycanlılıarının 3-cü qurultayında iştirak etmək üçün Azərbaycana səfər və türk birliyinin əhəmiyyəti haqda danışıblar. Proqram […]
Bədir Məmmədli:”ABŞ işğal altında olan əraziyə yardım ayıran yeganə ölkədir”
İyulun 20-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə dinləmələr keçirilib. Amerikada fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatları ABŞ Dövlət Departamentinin bir sıra proqramları, Sülh Korpusu və təhlükəsizlik sahəsində yardımın səviyyəsini müəyyən edən bu sənəddə Amerikanın Ermənistana və Dağlıq Qarabağa yardımı ilə bağlı müddəalara münasibətini bildirərək, […]
Diaspor təşkilatları ABŞ-ı Dağlıq Qarabağa yardımı Azərbaycan icmasına da şamil etməyə, Ermənistana isə yardımı azaltmağa çağırır
Amerikada Azərbaycan diaspor təşkilatları ABŞ-ı xarici yardımı xüsusi maraqlar əsasında ayırmamağa, Dağlıq Qarabağa yardımı Azərbaycan icmasına da şamil etməyə və Ermənistana yardımı azaltmağa çağırır. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə iyulun 20-də dinləmələr keçiriləcək. Bu sənəd ABŞ Dövlət Departamentinin bir sıra proqramları, Sülh Korpusu və təhlükəsizlik sahəsində yardımın […]
Amerika azərbaycanlıları Washington Post qəzetində məqaləyə etiraz edir
Amerikada yaşayan azərbaycanlılar Washington Post qəzetində Dağlıq Qarabağ haqda məqalələrə etiraz olaraq kampaniyaya başlayıb. ABŞ azərbaycanlıları şəbəkəsinin üzvü Bədir Məmmədli Amerikanın səsinə deyib ki, diaspor nümayəndələri ölkədə yaşayan Azərbaycan-Türk icmasının üzvləri və dostlara müraciət edib. “Washington Post qəzetində bir-birinin ardınca çıxan məqalələr Azərbaycanlılar arasında narahatlıq doğurub və bununla bağlı olaraq, Azərbaycan diasporunun üzvləri öz fəaliyyətlərini […]
Kaliforniya ştatının Orange inzibati dairəsində mayın 28-i Azərbaycanın Milli Günü elan edilib
2011-ci il mayın 25-də Kaliforniya ştatının Orange inzibati dairəsinin direktorlar şurasının sədri Bil Kampbel mayın 28-nin Azərbaycanın Milli Günü kimi qeyd edilməsinə dair bəyannamə imzalayıb. Sənəd ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Şurasının adına göndərilib. Bəyannamədə 1918-ci il mayın 18-də Azərbaycanda müsəlman dünyasında ilk dəfə olaraq parlamentar demokratik respublikanın qurulduğu və onun Birləşmiş Ştatlar tərəfindən tanındığı, Naxçıvanın […]