Showing Archived Posts

ABŞ-da ilk dəfə olaraq Azərbaycan diaspor nümayəndələri haqda qətnamə qəbul edilib

Posted March 13th, 2011 at 11:47 am (UTC-5)
Leave a comment

Texas ştatının qanunverici orqanında ilk dəfə olaraq Azərbaycan diaspor üzvləri haqda qətnamə qəbul edilib. ABŞ-da yaşayan azərbaycanlılıarın şəbəkəsi USAN xəbər verir ki, hər il aparılan intensiv kampaniya nəticəsində Texas qanunvericisi Skot Hokberq tarixi addım ataraq, dünya ölkələrində ilk dəfə Amerikada yaşayan azərbaycanlılar haqda ştat Konqresinin Nümayəndələr Palatasına qətnamə təqdim etmiş və onun təsdiqinə nail olmuşdur. […]

Türk Amerika Milli Liderlik konfransı (Vaşinqton, mart 17-19)

Posted March 10th, 2011 at 7:40 pm (UTC-5)
Leave a comment

Martın 17-19-u Vaşinqtonda Türk Amerika Milli Liderlik konfransı keçiriləcək. ABŞ- da fəaliyyət göstərən iki ən böyük türk təşkilatının sponsorluq etdiyi konfransa ABŞ azərbaycanlılarının şəbəkəsi USAN da dəvət edilib. Konfransda əsas diqqət Amerikadakı türk icmalarının fəaliyyətinin ABŞ və Türkiyə arasında münasibətlərin möhkəmləndirilməsinə xidmət edəcək bir şəkildə qurulması məsələsinə yönələcək. İki gün keçiriləcək iclaslarda ABŞ-dakı türk təşkilatlarının […]

Azərbaycanlı Amerika Qadınlar Assosiasiyasının prezidenti Gülbəniz Arifqızı (Beniz Spencer)

Posted March 10th, 2011 at 5:21 pm (UTC-5)
1 comment

  Gülbəniz Arifqızı (Beniz Spenser) Kaliforniya ştatında fəaəliyyət göstərən Azərbaycanlı Amerika Qadınlar Assosiasiyasının prezidenti və təsisçələrindən biridir. ABŞ-a gəlməzdən əvvəl o, Azərbaycanda “Ordu”, “Ədalət”, “Azərbacyan İşıqları” və “Hünər” mətbu orqanlarında müxbir kimi çalışıb. Bu illər ərzində o, Beyləqan, Cəbrayıl, Qubadlı rayonları və Xocalıda faciədən bir həftə əvvəl münaqişə yerlərindən məlumatlar verib. Gülbəniz Arifqızı 1997-ci ildən […]

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nizami Gəncəvinin 870 illiyini Amerikada qeyd etməyi planlaşdırır

Posted March 9th, 2011 at 7:52 pm (UTC-5)
Leave a comment

2011-ci il Azərbaycanın dahi şairi Nizami Gəncəvinin anadan olmasının 870 illiyidir. ABŞ-dakı Azərbaycan təşkilatları Nizami Gəncəvinin 870 illiyini Amerikada qeyd etməyi planlaşdırır. Bu haqda bizə Kaliforniyada fəaliyyət göstərən Azərbaycan-Amerika Şurasının direktoru Cavid Hüseynov məlumat verib. Onun bildirdiyinə görə Nizami Gəncəvinin 870 illiyi münasibətilə Amerika Azərbaycan Cəmiyyəti, Azərbaycan-Amerika Şurası və Pax Turcica İnstitutu Vaşinqton, Nyu York, […]

Merilend ştatının Montqomeri əyalətində 2011-ci il mart ayı Azərbaycan İrsi ayı elan edilib

Posted March 8th, 2011 at 8:06 pm (UTC-5)
Leave a comment

ABŞ-ın Merilend ştatının Montqomeri əyalətində 2011-ci il mart ayı Azərbaycan İrsi ayı elan edilib.  Əyalətin icra hakimiyyətinin başçısı Ayze Leggett bununla bağlı sərəncam imzalayıb. Sənəddə Azərbaycanın şərqdə ilk müstəqil müsəlman respublikası və müsəlman şərqində qadınlara səsvermə hüququnun verildiyi ilk ölkə olduğu qeyd edilir. Burada deyilir ki, Qafqaz regionunda mədəniyyətin beşiyi olan Azərbaycan şairə Xurşud banu […]

ABŞ-ın türk və Azərbaycan icmaları prezident Obamanı Novruz mesajında türk xalqlarını da qeyd etməyə çağırır

Posted March 2nd, 2011 at 8:40 pm (UTC-5)
Leave a comment

Amerikanın türk icması Novruz bayramı kampaniyası çərçivəsində ABŞ prezidenti Barak Obamaya məktub ünvanlayıb. Dördüncü ildir keçirilən bu kampaniyanın məqsədi prezident Obamanın Novruz mesajında türk xalqlarını da qeyd etməsinə nail olmaqdır.  Məktubda deyilir ki, İran, İraq, Əfqanıstan, Pakistan, Azərbaycan, Türkiyə və Mərkəzi Asiyadan gəlmiş mühacirlər zəngin mədəni irslərinin qorunub saxlanması və adət-ənənələrin gələcək nəslə ötürülməsi məqsədilə […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>