Showing Archived Posts

“Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr”(VİDEO)

Posted June 16th, 2011 at 2:38 pm (UTC-5)
Leave a comment

Konqres kitabxanasında “Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr” mövzusunda məruzə oxunub. Mühazirə Vaşinqtondakı Süval-Belmont muzeyinin direktor müavini, muzeyin kolleksiyalar şöbəsinin müdiri Cennifer Krafçik tərəfindən təqdim edilib. Muzey ABŞ-da qadın hərəkatı tarixinə dair ən zəngin kolleksiyaya malikdir.

Konqres kitabxanasında “Azərbaycan və ABŞ:Qadınlara səsvermə hüququ verən öncül ölkələr” mövzusunda mühazirə oxunub

Posted June 8th, 2011 at 2:56 pm (UTC-5)
Leave a comment

ABŞ Konqresinin kitabxanasında “Azərbaycan və Birləşmiş Ştatlar:Qadınlara səsvermə hüququ verən öncül ölkələr” mövzusunda mühazirənin təqdimatı olub. Mühazirə Vaşinqtondakı Süval-Belmont muzeyinin direktor müavini, muzeyin kolleksiyalar şöbəsinin müdiri Cennifer Krafçik tərəfindən təqdim edilib. Muzey ABŞ-da qadın hərəkatı tarixinə dair ən zəngin kolleksiyaya malikdir. Tədbir ABŞ-ın Qarabağ fondunun dəstəyi ilə keçirilib. Cennifer Kravçik Azərbaycanda qadın məsələləri ilə yeni […]

Azərbaycanlı Amerika Qadınlar Assosiasiyasının prezidenti Gülbəniz Arifqızı (Beniz Spencer)

Posted March 10th, 2011 at 5:21 pm (UTC-5)
1 comment

  Gülbəniz Arifqızı (Beniz Spenser) Kaliforniya ştatında fəaəliyyət göstərən Azərbaycanlı Amerika Qadınlar Assosiasiyasının prezidenti və təsisçələrindən biridir. ABŞ-a gəlməzdən əvvəl o, Azərbaycanda “Ordu”, “Ədalət”, “Azərbacyan İşıqları” və “Hünər” mətbu orqanlarında müxbir kimi çalışıb. Bu illər ərzində o, Beyləqan, Cəbrayıl, Qubadlı rayonları və Xocalıda faciədən bir həftə əvvəl münaqişə yerlərindən məlumatlar verib. Gülbəniz Arifqızı 1997-ci ildən […]

Tanış olun, Amerikada yaşayan azərbaycanlı qadınların təşkilatı AWA

Posted March 8th, 2011 at 5:12 pm (UTC-5)
Leave a comment

Amerikada Azərbaycan qadınlar assosiasiyası AWA paytaxt Vaşinqton, Virciniya və Merilend ştatlarında yaşayan azərbaycalı qadınlar tərəfindən yaradılıb. AWA-nın məqsədi Amerikada yaşayan Azərbaycan qadınlarını bir araya gətirmək, Amerika və Azərbaycan mədəniyyətlərini bir-birinə tanıtmaq, Azərbaycanda qadın və uşaqların xeyrinə aksiyalar keçirməkdən ibarətdir. Təşkilatın təsisçiləri Turan Qəribova, Rəna Məmmədli, Səidə Məmmədova, Leyla Məmmədova, Lalə Rəhimova, Sevda Kərimovadır. Assosiasiyanın veb […]

Qadınları alqışlayaq!

Posted March 8th, 2011 at 4:22 pm (UTC-5)
Leave a comment

“Mən ən əvvəl qadınam” Jaklin Kennedi Onasis, ABŞ-ın birinci xanımı Bu gün 100 ildir ki, dünya qadınları 8 Mart gününü qeyd edir.  100 il uzun bir yoldur.   Bu yolda qadınlar təhsil almaq, səs vermək hüququ almağa nail olub, siyasətə qoşulmaq , bizneslə məşğul olmaq imkanı əldə edib.  Bu qadınlar alqışlara layiqdir. Beynəlxalq Qadınlar günü münasibətilə sizi […]

Dünya qadınlarına Hillari Klintondan 8 Mart təbriki

Posted March 7th, 2011 at 5:16 pm (UTC-5)
Leave a comment

ABŞ Dövlət katibi Hillari Klinton 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə dünya qadınlarına video mesaj göndərib. Mesajda deyilir: “Martın 8-i Beynəlxalq Qadınlar gününün 100 illiyi qeyd edilir. Çoxlarının bildiyi kimi, bu tarix mənim üçün xüsusi əhəmiyyət daşıyır. 1995-ci ildə Pekində insan hüquqlarının qadın hüquqları və  qadın hüquqlarının da insan hüquqları olduğuna dair mesajıma müsbət reaksiya […]

Amerikada yaşayan azərbaycanlı xanımlar uşaqlara Novruz adətlərini öyrətmək üçün tədbir keçirir

Posted March 3rd, 2011 at 9:04 pm (UTC-5)
Leave a comment

ABŞ-da yaşayan həmvətənlərimiz Novruz şənliklərinə hazırlaşır. Novruz təqviminə hər gün yeni tədbir əlavə olunur. Paytaxt Vaşinqton, Virciniya və Merilend ştatlarında yaşayan qadınların təşkilatı AWA martın 13-də uşaqlar üçün Novruz şənliyi təşkil edir. Xanımlarımız balacalar üçün xonçalar hazırlayacaq, uşaqlara Novruz ənənəsi haqda məlumat verəcək.  AWA qrupunun üzvü Rəna Məmmədli bizə bildirdi ki, uşaqların Novruzun adətlərini bilməsi […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>