ABŞ-da fəaliyyət göstərən Azərbaycanlı Amerikalılar Demokratiya uğrunda (AZAD) təşkilatı Ramil Səfərovun ekstradisiyası ətrafında yaranmış vəziyyətlə bağlı Dövlət katibi Hillari Klintona açıq məktub göndərib. Təşkilatın sədri Elmar Şaxtaxtinskinin adından yazılmış məktubda ABŞ Dövlət Departamentinin Azərbaycan prezidentinin Ramil Səfərovun əfvi ilə bağlı dərin narahatlığını ifadə etdiyi bəyanatına münasibət bildirilib. Məktubda deyilir ki, Dövlət Departamentinin Azərbaycanda insan hüquqları […]
ABŞ-da fəaliyyət göstərən AZAD təşkilatı Ramil Səfərovun əfvi ilə bağlı vəziyyətlə əlaqədar Hillari Klintona məktub göndərib
ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nümayəndələr Palatasında Türkiyəyə dair qərara etiraz bildirir
Amerikadakı Azərbaycan diaspor təşkilatları icma üzvlərinə göndərilən məktublarda Konqresin Nümayəndələr Palatasının ümumi iclasında Türkiyədə xristianların irsinin qorunması və kilsələrin qaytarılmasına çağıran layihənin qəbul edilməsilə bağlı mövqelərini bildirib. Amerika-Azərbaycan Cəmiyyəti, Amerika-Azərbaycan Şurası və Pax Turcica institutu ABŞ-dakı türk təşkilatlarına qoşularaq, Nümayəndələr Palatasının 306 saylı qətnaməsini pisləyib. Onların icma üzvlərinə göndərdiyi müraciətdə deyilir ki, sənəd Birləşmiş Ştatlar […]
Ancelina Joli Türkiyə-Suriya sərhəddinə gedir
Hollivud aktrisası, BMT-nin xoşməramlı səfiri Ancelina Joli Suriya qaçqınlarının vəziyyəti ilə tanış olmaq üçün Türkiyəyə səfər edəcək. Səfərin cümə günü başlayacağı bildirilir. Ancelina Jolinin Türkiyə-Suriya sərhəddində çadır şəhərciyinə baş çəkəcəyi gözlənilir. Suriya silahlı qüvvələrinin ölkənin şimalında Cisr əl-Şuqur şəhərində yerləşməsindən sonra minlərlə insan zorakılıqlardan qorxaraq, qonşu Türkiyəyə pənah gətirmişdir. Dünyanın böhranlı bölgələrinə səfərlər edən Ancelina […]
Şirin İbadi İranda yaşayan xalqların ana dilində təhsil almaq hüququndan danışdı
Vaşinqtonda Karneqi Sülh İnkişaf fondunda tanınmış iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin İbadinin yeni kitabının prezentasiyası keçirilib. “Qızıl Qəfəs:Üç qardaş, üç seçim, bir tale” adlı kitabda xanım İbadi İranda avtoritar rejimdən qurtulmaq uğrunda uzun və qeyri-müvəffəq mübarizəni bioqrafik perspektivdən təsvir edir. Kitabın prezentasiya mərasimində danışan Şirin İbadi İranda bu gün demokratiya və insan haqlarının […]
Şirin İbadinin Vaşinqtonda kitabının prezentasiyası keçirilir
Tanınmış iranlı hüquq müdafiəçisi, Nobel mükafatı laureatı Şirin İbadinin Vaşinqtonda yeni kitabının prezentasiyası keçirilir. “Qızıl Qəfəs:Üç qardaş, üç seçim, bir tale” adlı kitabda İranda avtoritar rejimdən qurtulmaq uğrunda uzun və qeyri-müvəffəq mübarizə bioqrafik perspektivdən əks etdirilir. Xanım İbadi Vaşinqtonda Karneqi Sülh İnkişaf fondunda İranda demokratiya və insan haqlarının bugünkü durumu və bunlar qarşısında duran maneələrdən […]