Showing Archived Posts

Amerika azərbaycanlıları Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyini dəstəkləyir

Posted February 3rd, 2013 at 2:08 pm (UTC-5)
Leave a comment

ABŞ-dakı Amerika Azərbaycan Şurası və Pax Turcica qrupu Senatı Çak Heygeli müdafiə naziri vəzifəsinə təsdiq etməyə çağıraraq, keçmiş senatorun namizədliyinə dəstək vermək üçün icma üzvlərinə müraciət edib. Müraciətdə deyilir ki, senator Heygel Senatın Xarici Əlaqələr Komitəsində və prezident Obamanın kəşfiyyat məsələləri üzrə məsləhət şurasında fəaliyyət göstərdiyi müddətdə ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafına hər […]

Amerika azərbaycanlıları ABŞ seçkilərinin nəticələrini müsbət qarşılayır

Posted November 7th, 2012 at 4:54 pm (UTC-5)
Leave a comment

Bədir Məmmədli, ABŞ-da Azərbaycan icma lideri, ABŞ azərbaycanlıların şəbəkəsi USAN təşkilatının üzvü Dilşad Əliyarlı: Bədir bəy, təmsil etdiyiniz ABŞ azərbaycanlılarının şəbəkəsi olan USAN təşkilatı icma üzvlərinin siyasi həyatda fəal iştirakını dəstəkləyir. Seçkidən əvvəl göndərdiyiniz press-relizlərdə siz icma üzvlərini seçkidə fəal iştirak etməyə çağırırdınız. BU mənada seçkini necə qiymətləndirirsiniz? Azərbaycanlılar seçkidə fəallıq göstərdilərmi? Bədir Məmmədli: Bir […]

Amerika azərbaycanlıları kimə səs verir

Posted November 5th, 2012 at 3:18 pm (UTC-5)
Leave a comment

İradə Axundova, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti. Dilşad Əlyarlı: İradə xanım, siz illərdir Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidentisiniz və Azərbaycanla bağlı Texas ştatında geniş fəaliyyət aparırsınız. Bu il seçkidə sizin üçün ən önəmli mövzular hansılardır və siz hansı namizədə üstünlük verirsiniz? İradə Axundova: Bilirsiniz, uzun illərdir assosiasiyamızın işi ilə əlaqədar konqresmenlər və senatorlarla görüşürük. Bu […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>