Amerikadakı Azərbaycan diaspor təşkilatları icma üzvlərinə göndərilən məktublarda Konqresin Nümayəndələr Palatasının ümumi iclasında Türkiyədə xristianların irsinin qorunması və kilsələrin qaytarılmasına çağıran layihənin qəbul edilməsilə bağlı mövqelərini bildirib. Amerika-Azərbaycan Cəmiyyəti, Amerika-Azərbaycan Şurası və Pax Turcica institutu ABŞ-dakı türk təşkilatlarına qoşularaq, Nümayəndələr Palatasının 306 saylı qətnaməsini pisləyib. Onların icma üzvlərinə göndərdiyi müraciətdə deyilir ki, sənəd Birləşmiş Ştatlar […]
ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nümayəndələr Palatasında Türkiyəyə dair qərara etiraz bildirir
Vaşinqtonda Türk Festivalında Azərbaycan bu il iki stendlə təmsil olundu
Oktyabrın 2-də Vaşinqtonda 9-cu Türk Festivalı keçirildi. ABŞ paytaxtında artıq ənənəvi tədbirə çevrilmiş Türk festivalı bu il də minlərlə insanı cəlb etdi. Türk festivalının proqramnda bu il mühüm hadisə ABŞ paytaxtı Vaşinqton və Türkiyə paytaxtı Ankaranın qardaşlaşmış şəhərlər elan edilməsi oldu. Festivalın yüksək səviyyəli qonaqları olan Ankara şəhərinin meri Melih Gökçek və paytaxt Vaşinqtonun meri […]
Vaşinqton və Ankara qardaşlaşmış şəhərlər olacaq
ABŞ paytaxtı Vaşinqton və Türkiyənin paytaxtı Ankara bu il qardaşlaşmış şəhərlər olmağa hazırlaşır. İki şəhərin qardaşlaşacağı oktyabrın 2-də Vaşinqtonda ənənəvi Türk Festivalı zamanı elan ediləcək və qardaş şəhərlər haqda anlaşma imzalanacaq. Bu münasibətlə bu il 9-cu Türk Festivalında Ankaradan xalq musiqisiçiləri və gənc musiqiçilər qrupu, habelə məşhur müğənni Ferhat Göçer iştirak edəcək. Vaşinqtonda hər il […]
Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri Radio Türküm radiosunun proqramında iştirak edib
Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və Amerika Türkiyə Assosiasiyalar Birliyinin prezidenti Ergün Kırıkovalı iyulun 27-də Radyo Türküm proqramında iştirak ediblər. Bu haqda məlumatı Tomris Azəri verib. Bir saat sürən proqramda Amerikada Azərbaycan-Türk diaspor təşkilatlarının iki lideri bu yaxınlarda Dünya Azərbaycanlılıarının 3-cü qurultayında iştirak etmək üçün Azərbaycana səfər və türk birliyinin əhəmiyyəti haqda danışıblar. Proqram […]
Həmkarım Barış Ornarlının Ankarada taksi sürücüləri ilə seçkilər haqda söhbəti
Türkiyədə seçkiləri izləmək üçün ölkəyə ezam olunmuş Amerikanın səsinin türk xidmətinin əməkdaşı Barış Ornarlı vətəndaşların seçkilər, ölkədə siasi və iqtisadi durumla bağlı fikirləri ilə tanış olub. Barış Ornarlı Ankarada taksi sürücüləri ilə söhbət edib bu foto-reportajı göndərib.
Nyu-Yorkda ənənəvi Türk yürüşündə Azərbaycanın sərgisi böyük maraqla qarşılanıb
Mayın 28-də Nyu-York şəhərində 29-cu Türk yürüşü keçirilib. Ənənəvi tədbir Amerikadakı türk assosiasiyaları federasiyası tərəfindən təşkil edilib. Hər il keçirilən nümayiş nyu-yorkluların böyük marağına səbəb olur. Türk nümayişi Amerikada yaşayan türk xalqlarının ən böyük tədbiri hesab edilir. Bu il Amerika Azərbaycan Cəmiyyətinin hazırladığı Azərbaycana həsr edilmiş səyyar sərgi Azərbaycan bayraqları və Azərbaycanın Eurovision müsabiqəsində qələbəsini […]
Amerika türkləri prezident Obamanı aprelin 24-də soyqırım sözünü işlətməməyə çağırır
Amerika türklərinin şəbəkəsi prezident Obamaya və Ağ Evə məktub göndərərək, ABŞ prezidentini aprelin 24-ü açıqlayacağı bəyanatında soyqırım sözünü işlətməməyə çağırır. Məktublar ABŞ Konqresinin üzvlərinə də göndərilib. Məktubda Amerikada yaşayan türk icmasının üzvləri aprelin 24-nün erməni soyqırımı günü adlandırılmasına etiraz bildirilir. Burada deyilir ki, baş vermiş digər faciəli hadisələrdən fərqli olaraq, ermənilərin iddia etdiyi soyqırım ətrafında […]
TÜRKSOY Vaşinqtonda konsert təşkil etdi
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY Birləşmiş Ştatlarda Novruz şənlikləri çərçivəsində Vaşinqtonda böyük konsert təşkil edib. Şəhərin tarixi Linkoln teatrında təşkil edilmiş konsertdə türk xalqlarını təmsil edən 140-dan çox incəsənət ustası iştirak edib. Novruz konsertində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Türkiyə ilə yanaşı Ukrayna və Rusiya Federasiyasının bir sıra bölgələrini təmsil edən sənət ustaları çıxış edib. […]