Showing Archived Posts

ABŞ konqresmenləri Azərbaycanın Respublika gününü təbrik ediblər

Posted June 3rd, 2011 at 9:54 am (UTC-5)
Leave a comment

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, Birləşmiş Ştatlar Konqresinin bir neçə üzvü Azərbaycan Demokratik Respublikasının 93-cü ildönümü münasibətilə təbrik mesajları ilə çıxış ediblər. Müxtəlif ştatları və siyasi partiyaları təmsil edən 8 ABŞ qanunvericisi Konqresin Nümayəndələr Palatasında təbrik bəyanatları verib. Bunlar Pensilveniya ştatından respublikaçı konqresmen Bil Şuster, Nümayəndələr Palatasında Azərbaycan üzrə İşçi Qrupun həmsədri, […]

Posted in Uncategorized

Nyu Yorkda türk moda dizaynerinin kolleksiyası nümayiş etdirilib

Posted March 17th, 2011 at 2:35 pm (UTC-5)
Leave a comment

Türkiyənin moda dizayneri Mehmet Köymenin Nyu Yorkda Metropoliten pavilyonunda “Sultanın kolleksiyası” adlı geyim kolleksiyası nümayiş etdirilib. Moda şousu Türkiyənin Nyu Yorkdakı Baş Konsulluğu və Amerika Türk Qadınlar Birliyinin dəstəyi ilə həyata keçirilib. Tədbirdə Türkiyənin Nyu Yorkdakı Baş konsulu Mehmet Samsar, Nyu York və Nyu Cersidə yaşayan türk icmasının üzvləri, amerikalı qonaqlar iştirak ediblər. “Sultanın kolleksiyası” […]

Posted in Uncategorized

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>