Showing Archived Posts

Tennessi ştatı Xocalı qətliamını tanıyıb

Posted March 19th, 2013 at 1:42 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının bildirdiyinə görə, martın 18-də Tennessi ştatının parlamenti Xocalı qətliamını tanıyıb, Pensilvaniya ştatının assambleyasında isə Xocalı qətliamının tanınması ilə bağlı qətnamə təqdim edilib. Tennessi ştatının Xocalı faciəsinin 21-ci ildönümünün tamam olduğu vaxt qəbul etdiyi qətnamə ştatın qanunvericilik orqanına konqresmen Co Touns tərəfindən təqdim edilib. Pensilvaniya ştatının qəbul etdiyi qətnamədə Xocalı faciəsinin […]

Amerika azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəylik gününü qeyd edir

Posted December 31st, 2012 at 2:43 pm (UTC-5)
Leave a comment

ABŞ-da yaşayan azərbaycanlılar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə müxtəlif tədbirlər keçirir. Amerika-Azərbaycan Şurası və Amerika Azərbaycan Cəmiyyəti, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, Floridada Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyası, ABŞ-ın müxtəlif ştatlarında fəaliyyət göstərən diaspor qrupları dünya azərbaycanlılarına təbriklərini çatdırır. Amerika-Azərbaycan Şurası və Amerika Azərbaycan Cəmiyyətinin icma üzvlərinə göndərdiyi təbrik məktubunda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün […]

Amerikadakı Azərbaycan diaspor təşkilatları prezident Obamanı ikinci müddətə seçilməsi münasibətilə təbrik edib

Posted November 8th, 2012 at 4:43 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, USAN, Azərbaycan Amerika Cəmiyyəti və Azərbaycan Amerika Şurası prezident Barak Obamaya noyabrın 6-da ikinci müddətə Birləşmiş Ştatlar prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırıb. USAN təşkilatı ABŞ-da yaşayan azərbaycanlıların adından prezident Barak Obama, vitse-prezident Co Bayden, Konqres üzvləri, qubernatorlar və stat qanunvericilərini təbrik edib. Təşkilatın Azərbaycan icmasının üzvlərinə göndərdiyi açıqlamada deyilir […]

Amerika azərbaycanlıları 11 sentyabr hadisələrini anır, terroru unutmamağa çağırır

Posted September 11th, 2012 at 4:06 pm (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 2001-ci ildə Biriləşmiş Ştatlarda 11 sentyabr terror hücumlarının 11-ci ildönmünü qeyd edərək, hadisə qurbanlarının xatirəsini anır. ABŞ azərbaycanlılarının şəbəkəsi USAN, Amerika-Azərbaycan Şurası və Amerika-Azərbaycan Cəmiyyətinin hadisələrin ildönümü münasibətilə verdiyi açıqlamalarda sentyabr hücumlarının Amerika tarixində ən dəhşətli hadisə olduğunu, Nyu-York, Vaşinqton və Pensilvaniyada hücumlarda 3 mindən çox insanın həyatını itirdiyini […]

ABŞ senatoru Xocalı faciəsinin tanınması səylərinə dəstək verib

Posted August 7th, 2012 at 11:49 am (UTC-5)
1 comment

ABŞ-ın Şimali Karolina ştatını təmsil edən senator Key Heyqan Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarının Xocalı qırğınının tanınması ilə bağlı məktub kampaniyasına dəstəyini bildirib. Azərbaycan və türk diaspor təşkilatlarının üzvlərinə ünvanladığı məktubda senator Xocalı faciəsinin Konqres səviyyəsində soyqırım kimi tanınması ilə bağlı məsələnin onun diqqətinə çatdırılmasına görə razılığını ifadə edib. “1992-ci ildə fevralın 25-dən 26-a keçən […]

Nyu-York Senatında azərbaycanlıların soyqırımına dair qəbul edilmiş qətnamənin rəsmi nüsxəsi diaspor təşkilatına təqdim edilib

Posted July 11th, 2012 at 3:38 pm (UTC-5)
1 comment

Nyu-York ştatının Senatında 31 Mart tarixinin azərbaycanlıların Soyqırımı Günü kimi tanınmasına dair qəbul edilmiş qətnamənin rəsmi nüsxəsi Amerika-Azərbaycan Şurasına təqdim edilib. Bu barədə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Şurası və Amerika-Azərbaycan Cəmiyyətinin açıqladığı birgə pres-relizdə məlumat verilir. 3784 saylı qətnamə ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilmişdir. Amerika-Azərbaycan Cəmiyyətinin iyun ayında qətnamənin qəbul […]

Nyu-York ştatının Senatı 31 Mart tarixini Azərbaycanlıların Soyqırımı günü kimi tanıyıb

Posted June 25th, 2012 at 3:25 pm (UTC-5)
Leave a comment

ABŞ-ın Nyu-York ştatının Senatı 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi tanınmasına dair qanun layihəsini qəbul edib. Qanun layihəsi ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilib. Amerika-Azərbaycan Cəmiyyətinin verdiyi açıqlamada qanun layihəsinin Nyu-York ştatının Roçester şəhərini təmsil edən senator Ceyms Alesi tərəfindən təqdim edildiyi deyilir. 2012-ci ildə martın 22-də qəbul edilmiş sənəddə […]

Xocalı faciəsinə dair daha bir qətnamə Meyn ştatında qəbul edildi

Posted March 24th, 2012 at 2:14 pm (UTC-5)
1 comment

ABŞ-ın şimal-şərqində yerləşən Meyn ştatının Nümayəndələr Palatası martın 13-də Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar sənəd qəbul edib. Xocalı faciəsinin anılmasına dair sənədin qəbul edilməsi təşəbbüsləri ilə Meyn ştatının Nümayəndələr Palatasının üzvü Anna Haskel və senator Castin Alfond çıxış ediblər. Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar sənədin qəbul edilməsi ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin üzvü […]

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nümayəndələr Palatasında Türkiyəyə dair qərara etiraz bildirir

Posted December 16th, 2011 at 4:03 pm (UTC-5)
Leave a comment

Amerikadakı Azərbaycan diaspor təşkilatları icma üzvlərinə göndərilən məktublarda Konqresin Nümayəndələr Palatasının ümumi iclasında Türkiyədə xristianların irsinin qorunması və kilsələrin qaytarılmasına çağıran layihənin qəbul edilməsilə bağlı mövqelərini bildirib. Amerika-Azərbaycan Cəmiyyəti, Amerika-Azərbaycan Şurası və Pax Turcica institutu ABŞ-dakı türk təşkilatlarına qoşularaq, Nümayəndələr Palatasının 306 saylı qətnaməsini pisləyib. Onların icma üzvlərinə göndərdiyi müraciətdə deyilir ki, sənəd Birləşmiş Ştatlar […]

ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatları 11 sentyabr hücumlarının 10-cu ildönümü münasibətilə bəyanatlar verib

Posted September 13th, 2011 at 12:05 pm (UTC-5)
Leave a comment

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN, Azərbaycan-Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyəti 2001-ci il sentyabrın 11-də Vaşinqton və Nyu-Yorkda terror hücumlarının 10-cu ildönümü münasibətilə bəyanatlarla çıxış edib. Bəyanatlarda 11 sentyabr hadisələri zamanı minrlərlə amerikalı və digər xalqların nümayəndələrinin həyatlarını itirdiyi və hadisə qurbanlarının xatirəsinin heç zaman unudulmayacağı qeyd edilir. Burada göstərilir ki, Amerikada yaşayan azərbaycanlılar ABŞ hərbi […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>