Amerikada və Kanadada yaşayan azərbaycanlılar, habelə bu ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının səyləri nəticəsində bri sıra stat və şəhərlərdə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar rəsmi sənədlər qəbul edilib. ABŞ-ın Nyu Cersi ştatının qubernatoru Kim Quadaqnonun vitse-qubernator Kris Kristi ilə qəbul etdiyi birgə bəyanatda Xocalı qətliamının 20-ci ildönümünü qeyd edən bütün insanlarla həmrəylik ifadə edilir. […]
ABŞ və Kanadanın bir sıra stat və şəhərlərində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar rəsmi sənədlər qəbul edilib
Azərbaycanlı model Nyu-York moda şousunda yeni geyim kolleksiyasını təqdim edib
Nyu-Yorkda moda dünyasının ən mühüm tədbirlərindən biri olan dəb şousunda azərbaycanlı model Rüstəm Cəbrayılov kişilər üçün yeni geyim kolleksiyasını təqdim edib. Rüstəm Cəbrayılov kişi geyimləri dizayneri Maykl Bastianın 2012-ci il üçün yeni kolleksiyasını nümayiş etdirib. Dizaynerin son kolleksiyası klassik Amerika stilini təcəssüm etdirir. Kolleksiya gözəl zövq qaydalarını pozmayıb diqqəti cəlb etməyi və gözəl geyinməyi xoşlayan […]
Amerika azərbaycanlıları Xocalı qətliamının anılması məqsədilə kampaniya keçirir
Amerikada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə məktub kampaniyası aparır. ABŞ azərbaycanlılarının şəbəkəsi USAN artıq beşinci ildir Birləşmiş Ştatlar Konqresinin üzvləri, yerli hökumət və media nümayəndələrinə Xocalı hadisələri ilə bağlı məktublar göndərir. Bu illər ərzində Amerika qanunvericiləri məktublara cavablar göndərmiş, bəzi ştatların rəsmiləri bəyannamələr qəbul etmiş, məktubların mətni ABŞ-ın müxtəlif ştat […]
ABŞ-dakı Azərbaycan və Türk diaspor təşkilatları 20 Yanvar hadisələrinin ildönümü münasibətilə məktub kampaniyası keçirir
ABŞ-da fəaliyyət göstərən Türk və Azərbaycan diaspor qrupları 20 Yanvar kampaniyası çərçivəsində Amerika qanunvericilərinə mətktublar göndərir. ABŞ-da yaşayan azərbaycanlılıarın şəbəkəsi USAN-ın 20 Yanvar hadisələrinin 22-ci ildöünümü münasibətilə diaspor üzvlərinə ünvanladığı müraciətdə1990-cı ilin yanvar ayının 20-də 26 min nəfərlik sovet ordusunun Azərbaycana yeridildiyi, sovet silahlı hissələrinin günahsız Azərbaycan vətəndaşlarına hücum etdiyi, qanlı hadisələrdə 170 adamın həlak […]
Kalqari şəhərində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilib
Kanadanın Alberta vilayətinin ən böyük şəhəri olan Kalqari şəhərinin meri Nahed Nenşi 31dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününün tanınmasına dair müraciətnamə qəbul edib. “1989-cu il dekabrın 31-də Azərbaycan xalqı sovet Azərbaycanı və İran arasında sərhəddə dəmir məftillərin götürülməsinə çağırdı və o vaxtdan bütün dünyada yaşayan azərbaycanlılar bu günü həmrəylik günü kimi qeyd etməyə başladı”-deyə sənəddə qeyd […]
Amerikada ilk Azərbaycan teatrı-Azərbaycan Nyu-York Asossiasiyasının məsul katibi Münəvvər Vahabova ilə müsahibə
ABŞ-da Azərbaycan Nyu-York Asossiasiyasının nəzdində ilk Azərbaycan teatrı yaradılıb. Dekabrın 4-də teatrın təqdimatı zamanı Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” tamaşasının premyerası keçirilib. Azərbaycan Nyu-York Assosiasiyasının məsul katibi və həftə sonu Azərbaycan dili məktəbinin müəllimi Münəvvər Vahabova Amerikanın səsinə müsahibədə deyib ki, Nyu-Yorkda Azərbaycan teatrının yaradılması icma üzvlərinin uzun zamandır gerçəkləşdirmək istədiyi […]
Vaşinqtonda “Azərbaycan: Narazılığın Artan Səsləri” mövzusunda forum keçirilib
ABŞ-da fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarından biri olan AZAD (Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda) dekabrın 21-də Vaşinqtonda “Azərbaycan: Narazılığın Artan Səsləri” mövzusunda forum keçirir. Tədbirdə tarixçi-alim Cəmil Həsənli və siyasi şərhçi Hikmət Hacızadə məruzə edib. Tədbir Azərbaycanda insan hüquqlarının vəziyyətini və cəmiyyətdə gənclər və ziyalıların fəallığı məsələlərini Amerikada yaşayan soydaşlarla müzakirə etmək məqsədilə keçirilib Tədbirə Vaşinqtonda […]
Şükranlıq günü
Uşaqlıqda hindtoyuğunu sevmirdim. Düzü başa düşmürdüm ki, əgər quşdursa nə üçün uçmur, üstəlik də bütün günü deyinir, təkəbbürlü-təkəbbürlü həyətdə gəzir. Hər dəfə kəndə bibimgilə gedəndə ətrafında cücələrlə gəzən toyuqlara baxırdım və fikriləşirdim ki, uça bilməməsi bir tərəfə, heç balalarını başəna da yığmaq istəmir. Bunu deməyə səbəb də tapırdım. Hər il hindtoyuğu cücə çıxaranda mənim əziz […]
Hollivudda Azərbaycan kinosu gecəsi VİDEO
Los-Anjelesdə Hollivudda ilk dəfə olaraq Azərbaycan kinosu gecəsi keçirilib. Amerikalı tamaşaçılar ABŞ-ın AGS və Azərbaycanın GA studiyaları tərəfindən istehsal edilmiş “Azərbaycan haqqında” adlı sənədli film və rejissor Samir Kərimoğlunun “Niyyət” kino-filmi ilə tanış olmaq imkanı əldə ediblər. Tədbir Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə Azərbaycan Respublikasının Los-Anjelesdəki konsulluğu və Amerika Azərbaycan Şurası tərəfindən təşkil edilib. […]