Showing Archived Posts

San-Diyeqo şəhərində amerikalı, azərbaycanlı və gürcü müharibə veteranlarının xatirəsi anılıb

Posted December 10th, 2012 at 12:47 pm (UTC-5)
Leave a comment

Kaliforniya ştatının San-Diyeqo şəhərində İraq və Əfqanıstan müharibəsində iştirak edən Amerika, azərbaycanlı və gürcü müharibə veteranlarının anım mərasimi keçirilib. San-Diyeqo Diplomatik Şurasının təşəbbüsü ilə keçirilmiş mərasimin təşkilində Azərbaycan Amerika Şurası da iştirak edib. Mərasimdə San-Diyeqo şəhərinin sakini olmuş əslən azərbaycanlı ABŞ ordusunun kapralı, Murad Rəhimovun xatirəsi anılıb. Murad Rəhimov 2005-ci ildə yanvarın 26-da İraqda həlak […]

Amerika azərbaycanlıları kimə səs verir

Posted November 5th, 2012 at 3:18 pm (UTC-5)
Leave a comment

İradə Axundova, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti. Dilşad Əlyarlı: İradə xanım, siz illərdir Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidentisiniz və Azərbaycanla bağlı Texas ştatında geniş fəaliyyət aparırsınız. Bu il seçkidə sizin üçün ən önəmli mövzular hansılardır və siz hansı namizədə üstünlük verirsiniz? İradə Axundova: Bilirsiniz, uzun illərdir assosiasiyamızın işi ilə əlaqədar konqresmenlər və senatorlarla görüşürük. Bu […]

Torontoda Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə konfrans keçirilib (Fotolar)

Posted November 7th, 2011 at 2:43 pm (UTC-5)
Leave a comment

ABŞ-da və Kanadada fəaliyyət göstərən Şimali Amerika Azərbaycanlı Gənclər şəbəkəsi AYNA və Toronto universitetinin Azərbaycanlı Gənclər Assosiasiyası noyabrın 4-də Toronto şəhərində Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan:20 il sonra” mövsuzunda elmi konfrans təşkil edib. Azərbaycan-Amerika Şurasının dəstəyi ilə keçirilən konfransda Ontario Qanunvericilik Assambleyasının üzvləri Monte Kvinter və Reza Moridi, habelə Toronto universitetinin dosenti Metyu […]

ABŞ-dakı azərbaycanlıların diaspor təşkilatları 11 sentyabr hücumlarının 10-cu ildönümü münasibətilə bəyanatlar verib

Posted September 13th, 2011 at 12:05 pm (UTC-5)
Leave a comment

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN, Azərbaycan-Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyəti 2001-ci il sentyabrın 11-də Vaşinqton və Nyu-Yorkda terror hücumlarının 10-cu ildönümü münasibətilə bəyanatlarla çıxış edib. Bəyanatlarda 11 sentyabr hadisələri zamanı minrlərlə amerikalı və digər xalqların nümayəndələrinin həyatlarını itirdiyi və hadisə qurbanlarının xatirəsinin heç zaman unudulmayacağı qeyd edilir. Burada göstərilir ki, Amerikada yaşayan azərbaycanlılar ABŞ hərbi […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>