ABŞ hərbi dəniz qüvvələrinin zabiti Con Nəimi Əmiral Amerikanın Səsinə müsahibədə Azərbaycanda əsgər ölümü hallarının tez-tez baş verdiyindən narahatlığını bildirib. Hazırda NATO-nun Əfqanıstan polisinə təlim proqramının başçısı kimi Türkiyədə ezamiyyətdə olan Con Nəimi Əmiral orduda Ceyhun Qubadovun ölümünə gətirib çıxaran başlıca problemlərə münasibətini bildirib. O, orduda korrupsiya, nizam-intizama əməl olunmaması hallarının tamamilə qəbulolunmaz olduğunu deyib […]
Con Nəimi Əmiral: Əsgər həyatına ali baş komandan cavabdehdir
Azərbaycan və Texas ştatı arasında əlaqələr genişlənir
Dekabrın 21-də Azərbaycan Dövlət Neft Şirkəti və Hyuston şəhəri arasında əməkdaşlığın inkişaf etdirilməsi və tərəflər arasında xüsusi dostluq münasibətlərinə dair sənəd imzalanıb. Sənədə Azərbaycan tərəfdən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov və Hyuston bələdiyyəsinin rəsmisi Endrü İken Hyustonda keçirilən xüsusi mərasimdə imza atıblar. Tədbir iştirakçıları Azərbaycan və Texas ştatı, eləcə də Bakı və Hyuston […]
Nyu-York ştatının Senatı 31 Mart tarixini Azərbaycanlıların Anım günü kimi tanıyıb
ABŞ-ın Nyu-York ştatının Senatı 31 Mart tarixinin Azərbaycanlıların Anım Günü kimi tanınmasına dair qanun layihəsini qəbul edib. Qanun layihəsi ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilib. Amerika-Azərbaycan Cəmiyyətinin verdiyi açıqlamada qanun layihəsinin Nyu-York ştatının Roçester şəhərini təmsil edən senator Ceyms Alesi tərəfindən təqdim edildiyi deyilir. 2012-ci ildə martın 22-də qəbul edilmiş sənəddə Stepan […]
Kristian Lobutin:”Bakının özünün bir musiqisi var.” Qurban Səid haqda kitab oxuyandan sonra Azərbaycana səfər edən məşhur Fransa dizayneri təəssüratları haqda danışır
Dünyada Azərbaycanı asanlıqla xəritədə göstərə bilən çox az tanınmış moda dizaynerinə rast gəlmək olar, özü də bunun əsas səbəbini çox güman ki, neft və qazla zəngin ölkədə yeni bazar tapmaq istəyi ilə izah etmək mümkündür. Lakin tam yəqinliklə deyə bilərəm ki, bir dünya şöhrətli dizayner Azərbaycanı başqa səbəbə görə tanımaq istəyib. Fransa ayaqqabı dizayneri Kristian […]
Şahin Şıxəliyev:”Mən Amerikada nə qədər yaşasam da, bir rəssam kimi azərbaycanlı olaraq qalıram”
(VİDEO VƏ FOTO-ŞƏKİLLƏR: EMİL QULİYEV) Azərbaycanlı rəssam Şahin Şıxəliyev 10 ildən artıqdır Amerikada yaşayır. Onunla ilk tanışlığım 2000-də oldu. Şahin Şıxəliyevi Amerikanın səsinin studiyasına mədəniyyət proqramı üçün müsahibəyə dəvət etmişdim. Bu uzaq ölkədə Azərbaycandan gəlmiş gənc rəssamın nədən ilham alıb yaradıcılıqla necə məşğul olacağı sualı söhbət boyu fikrimi məşğul edirdi. Amerikanın səsində o ilk görüşdən […]
Maestro Çingiz Sadıxovla müsahibə
Aprelin 5-i tanınmış pianoçu, maestro Çingiz Sadıxovun 82 yaşı tamam olur. Çingiz Sadıxov 1929-cu ildə Şuşada anadan olub. O, 1994-cü ildən ABŞ-da San-Fransisko şəhərində yaşayır. Amerikada yaşayan həmvətənlilərimiz arasında Çingiz Sadıxovu yəqin ki, çoxlarının sevimlisi adlandırmaq olar. Lakin o təkcə diaspora üzvləri arasında populyar deyil. Çingiz Sadıxov ABŞ-ın bir sıra şəhərlərində, Kanadada konsertlərlə çıxış edib. […]