Showing Archived Posts

Con Nəimi Əmiral: Əsgər həyatına ali baş komandan cavabdehdir

Posted January 24th, 2013 at 1:37 pm (UTC-5)
Leave a comment

ABŞ hərbi dəniz qüvvələrinin zabiti Con Nəimi Əmiral Amerikanın Səsinə müsahibədə Azərbaycanda əsgər ölümü hallarının tez-tez baş verdiyindən narahatlığını bildirib. Hazırda NATO-nun Əfqanıstan polisinə təlim proqramının başçısı kimi Türkiyədə ezamiyyətdə olan Con Nəimi Əmiral orduda Ceyhun Qubadovun ölümünə gətirib çıxaran başlıca problemlərə münasibətini bildirib. O, orduda korrupsiya, nizam-intizama əməl olunmaması hallarının tamamilə qəbulolunmaz olduğunu deyib […]

Azərbaycan və Texas ştatı arasında əlaqələr genişlənir

Posted December 23rd, 2012 at 4:27 pm (UTC-5)
Leave a comment

Dekabrın 21-də Azərbaycan Dövlət Neft Şirkəti və Hyuston şəhəri arasında əməkdaşlığın inkişaf etdirilməsi və tərəflər arasında xüsusi dostluq münasibətlərinə dair sənəd imzalanıb. Sənədə Azərbaycan tərəfdən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov və Hyuston bələdiyyəsinin rəsmisi Endrü İken Hyustonda keçirilən xüsusi mərasimdə imza atıblar. Tədbir iştirakçıları Azərbaycan və Texas ştatı, eləcə də Bakı və Hyuston […]

Nyu-York ştatının Senatı 31 Mart tarixini Azərbaycanlıların Anım günü kimi tanıyıb

Posted June 25th, 2012 at 3:25 pm (UTC-5)
Leave a comment

ABŞ-ın Nyu-York ştatının Senatı 31 Mart tarixinin Azərbaycanlıların Anım Günü kimi tanınmasına dair qanun layihəsini qəbul edib. Qanun layihəsi ABŞ-da fəaliyyət göstərən Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) səyləri nəticəsində qəbul edilib. Amerika-Azərbaycan Cəmiyyətinin verdiyi açıqlamada qanun layihəsinin Nyu-York ştatının Roçester şəhərini təmsil edən senator Ceyms Alesi tərəfindən təqdim edildiyi deyilir. 2012-ci ildə martın 22-də qəbul edilmiş sənəddə Stepan […]

Kristian Lobutin:”Bakının özünün bir musiqisi var.” Qurban Səid haqda kitab oxuyandan sonra Azərbaycana səfər edən məşhur Fransa dizayneri təəssüratları haqda danışır

Posted November 14th, 2011 at 4:27 pm (UTC-5)
Leave a comment

Dünyada Azərbaycanı asanlıqla xəritədə göstərə bilən çox az tanınmış moda dizaynerinə rast gəlmək olar, özü də bunun əsas səbəbini çox güman ki, neft və qazla zəngin ölkədə yeni bazar tapmaq istəyi ilə izah etmək mümkündür. Lakin tam yəqinliklə deyə bilərəm ki, bir dünya şöhrətli dizayner Azərbaycanı başqa səbəbə görə tanımaq istəyib. Fransa ayaqqabı dizayneri Kristian […]

Şahin Şıxəliyev:”Mən Amerikada nə qədər yaşasam da, bir rəssam kimi azərbaycanlı olaraq qalıram”

Posted August 18th, 2011 at 2:23 pm (UTC-5)
Leave a comment

(VİDEO VƏ FOTO-ŞƏKİLLƏR: EMİL QULİYEV) Azərbaycanlı rəssam Şahin Şıxəliyev 10 ildən artıqdır Amerikada yaşayır. Onunla ilk tanışlığım 2000-də oldu. Şahin Şıxəliyevi Amerikanın səsinin studiyasına mədəniyyət proqramı üçün müsahibəyə dəvət etmişdim. Bu uzaq ölkədə Azərbaycandan gəlmiş gənc rəssamın nədən ilham alıb yaradıcılıqla necə məşğul olacağı sualı söhbət boyu fikrimi məşğul edirdi. Amerikanın səsində o ilk görüşdən […]

Maestro Çingiz Sadıxovla müsahibə

Posted April 5th, 2011 at 1:58 pm (UTC-5)
2 comments

Aprelin 5-i tanınmış pianoçu, maestro Çingiz Sadıxovun 82 yaşı tamam olur. Çingiz Sadıxov 1929-cu ildə Şuşada anadan olub. O, 1994-cü ildən ABŞ-da San-Fransisko şəhərində yaşayır. Amerikada yaşayan həmvətənlilərimiz arasında Çingiz Sadıxovu yəqin ki, çoxlarının sevimlisi adlandırmaq olar. Lakin o təkcə diaspora üzvləri arasında populyar deyil. Çingiz Sadıxov ABŞ-ın bir sıra şəhərlərində, Kanadada konsertlərlə çıxış edib. […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>