Showing Archived Posts

Azərbaycanlı Tələbə Assosiasiyası Kaliforniyada Azərbaycanın Respublika günü münasibətilə tədbir keçirib

Posted May 31st, 2013 at 2:00 pm (UTC-5)
Leave a comment

Kaliforniyada İrvin universitetində Azərbaycan Respublikasının 95 illiyi münasibətilə tədbir keçirilib. İrvin universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası tərəfindən təşkil edilmiş tədbirə Azərbaycan, türk və yəhudi icmalarının üzvləri qatılıb. Azərbaycanlı Tələbə Assosiasiyasının üzvü, Dövlət siyasəti üzrə namizədlik dərəcəsi almış Aytən Nəbiyeva toplaşanlara müsəlman aləmində ilk dünyəvi respublika olan Azərbaycan Demokratik Respublikasının fəaliyyətləri ilə bağlı məlumat verib, gənc respublikanın […]

Kaliforniyanın İrvin universitetində Xocalı konfransı

Posted March 4th, 2013 at 12:49 pm (UTC-5)
Leave a comment

ABŞ-da Azərbaycan diaspor təşkilatları, eləcə də Amerikada yaşayan azərbaycanlılar Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirib. Kaliforniyanın İrvin universitetində fəaliyyət göstərən Azərbaycan Tələbə Assosiasiyası “Dağlıq Qarabağ Münaqişəsi: Məhv edilmiş şəhərin tarixçəsi” mövzusunda seminar təşkil edib. Amerika Azərbaycan Şurası və AYNA şəbəkəsinin təşəbbüsü ilə keçirilən tədbirdə tələbə assoasiyasının üzvləri Aytən Nəbiyeva, Rəfiqə Qurbanzadə, […]

Azərbaycan Amerika Şurasının dəstəyi ilə Kolumbiya universitetində Xocalıya dair konfrans keçirilib

Posted February 25th, 2013 at 3:46 pm (UTC-5)
Leave a comment

Fevralın 19-da Nyu-Yorkda Kolumbiya Universitetində “Dağlıq Qarabağ: Cinayətlər, qaçqınlar və kollektiv yaddaş” mövzusunda konfrans keçirilib. ABŞ və Kanadada fəaliyyət göstərən Azərbaycan Amerika Şurası və Amerika Azərbaycan Cəmiyyətinin dəstəyi ilə keçirilən tədbir Kolumbiya Universitetində təhsil almış Amerika Azərbaycanlı Gənclər Şəbəkəsinin üzvləri tərəfindən təşkil edillib. Universitetinin beynəlxalq və ictimai münasibətlər kafedrasında təşkil edilmiş tədbirdə amerikalı jurnalist Tomas […]

Amerika azərbaycanlıları kimə səs verir

Posted November 5th, 2012 at 3:18 pm (UTC-5)
Leave a comment

İradə Axundova, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti. Dilşad Əlyarlı: İradə xanım, siz illərdir Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidentisiniz və Azərbaycanla bağlı Texas ştatında geniş fəaliyyət aparırsınız. Bu il seçkidə sizin üçün ən önəmli mövzular hansılardır və siz hansı namizədə üstünlük verirsiniz? İradə Axundova: Bilirsiniz, uzun illərdir assosiasiyamızın işi ilə əlaqədar konqresmenlər və senatorlarla görüşürük. Bu […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>