Showing Archived Posts

ABŞ azərbaycanlılarının şəbəkəsi USAN-ın həmtəsisçisi Bədir Məmmədli Amerikanın xarici yardımı ilə bağlı məktub kampaniyasını şərh edir

Posted August 1st, 2011 at 3:14 pm (UTC-5)
Leave a comment

İyulun 27-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində 2012-ci il üçün Xarici Əlaqələrin Sanksiyalaşdırılması Aktı üzrə müzakirələr keçirilib. Alt komitə ABŞ Dövlət Departamentinin bir sıra proqramları, habelə xarici yardımları nəzərdə tutan bu qanun layihəsini müzakirə üçün Təxsisatlar komitəsinə təqdim edib. Avqustun 3-də komitə tam tərkibdə ABŞ-ın xarici yardımlarının həcmi ilə bağlı müzakirələrdən sonra sənədi […]

Amerika azərbaycanlıları Washington Post qəzetində məqaləyə etiraz edir

Posted July 11th, 2011 at 3:06 pm (UTC-5)
Leave a comment

Amerikada yaşayan azərbaycanlılar Washington Post qəzetində Dağlıq Qarabağ haqda məqalələrə etiraz olaraq kampaniyaya başlayıb. ABŞ azərbaycanlıları şəbəkəsinin üzvü Bədir Məmmədli Amerikanın səsinə deyib ki, diaspor nümayəndələri ölkədə yaşayan Azərbaycan-Türk icmasının üzvləri və dostlara müraciət edib. “Washington Post qəzetində bir-birinin ardınca çıxan məqalələr Azərbaycanlılar arasında narahatlıq doğurub və bununla bağlı olaraq, Azərbaycan diasporunun üzvləri öz fəaliyyətlərini […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>