Showing Archived Posts

ABŞ-da fəaliyyət göstərən AZAD təşkilatı Ramil Səfərovun əfvi ilə bağlı vəziyyətlə əlaqədar Hillari Klintona məktub göndərib

Posted September 3rd, 2012 at 10:30 am (UTC-5)
Leave a comment

ABŞ-da fəaliyyət göstərən Azərbaycanlı Amerikalılar Demokratiya uğrunda (AZAD) təşkilatı Ramil Səfərovun ekstradisiyası ətrafında yaranmış vəziyyətlə bağlı Dövlət katibi Hillari Klintona açıq məktub göndərib. Təşkilatın sədri Elmar Şaxtaxtinskinin adından yazılmış məktubda ABŞ Dövlət Departamentinin Azərbaycan prezidentinin Ramil Səfərovun əfvi ilə bağlı dərin narahatlığını ifadə etdiyi bəyanatına münasibət bildirilib. Məktubda deyilir ki, Dövlət Departamentinin Azərbaycanda insan hüquqları […]

Diaspor təşkilatı Ağ Evin Ramil Səfərovun ekstradisiyası ilə bağlı mövqeyinə etiraz edir

Posted September 1st, 2012 at 1:42 pm (UTC-5)
Leave a comment

ABŞ azərbaycanlılarının şəbəkəsi olan USAN təşkilatı Ağ Evin Ramil Səfərovun ekstradisiyası ilə bağlı mövqeyini qınayaraq, Amerika azərbaycanlılarını etirazını administrasiya nümayəndlərinin nəzərinə çatdırmağa çağırır. Amerikada yaşayan azərbaycanlılara ünvanlıdığı müraciətdə USAN ABŞ-ın Milli Təhlükəsizlik Şurasının sözçüsü Tommi Vietorun avqustun 31-də açıqladığı bəyanatını qəbuledilməz adlandırıb. Təşkilat zorakılığın bütün formalarını qınyaraq, müharibə və münaqişələrin sülh yolu ilə həllinə dəstəyini […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>