Showing Archived Posts

ABŞ-ın bir sıra ştat və şəhərlərində 28 May Azərbaycanın Milli Günü elan edilib

Posted May 24th, 2012 at 2:55 pm (UTC-5)
1 comment

Azərbaycan Demokratik Respublikasının yaradılmasının 94-cü ildönümü ərəfəsində Birləşmiş Ştatların bir sıra ştatları və şəhərlərində mayın 28-i Azərbaycanın Milli Günü kimi tanınıb. ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının fəaliyyəti nəticəsində artıq Meyn ştatında Portland, Florida ştatında Mayami şəhərində 28 may Azərbaycanın milli günü elan edilib, Rod Aylend ştatının qubernatoru isə azərbaycanlıları Respublika günü münasibətilə təbrik edib. Qubernator […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>