Showing Archived Posts

Amerika azərbaycanlıları Çak Heygelin müdafiə naziri vəzifəsinə namizədliyini dəstəkləyir

Posted February 3rd, 2013 at 2:08 pm (UTC-5)
Leave a comment

ABŞ-dakı Amerika Azərbaycan Şurası və Pax Turcica qrupu Senatı Çak Heygeli müdafiə naziri vəzifəsinə təsdiq etməyə çağıraraq, keçmiş senatorun namizədliyinə dəstək vermək üçün icma üzvlərinə müraciət edib. Müraciətdə deyilir ki, senator Heygel Senatın Xarici Əlaqələr Komitəsində və prezident Obamanın kəşfiyyat məsələləri üzrə məsləhət şurasında fəaliyyət göstərdiyi müddətdə ABŞ-ın Azərbaycan və Türkiyə ilə münasibətlərinin inkişafına hər […]

ABŞ senatoru Xocalı faciəsinin tanınması səylərinə dəstək verib

Posted August 7th, 2012 at 11:49 am (UTC-5)
1 comment

ABŞ-ın Şimali Karolina ştatını təmsil edən senator Key Heyqan Amerikada fəaliyyət göstərən diaspor təşkilatlarının Xocalı qırğınının tanınması ilə bağlı məktub kampaniyasına dəstəyini bildirib. Azərbaycan və türk diaspor təşkilatlarının üzvlərinə ünvanladığı məktubda senator Xocalı faciəsinin Konqres səviyyəsində soyqırım kimi tanınması ilə bağlı məsələnin onun diqqətinə çatdırılmasına görə razılığını ifadə edib. “1992-ci ildə fevralın 25-dən 26-a keçən […]

Senator Dayan Faynşteyn:”Azərbaycan və Birləşmiş Ştatlar arasında dostluq və tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm”

Posted July 8th, 2012 at 2:58 pm (UTC-5)
Leave a comment

ABŞ Senatının nüfuzlu üzvü, Kaliforniya ştatından demokrat senator Dayan Faynşteyn Amerikada Azərbaycan diaspor üzvlərinin ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətinə dəstəklə bağlı məktub kampaniyasına cavab verib. Senator Faynşteyn öz məktubunda məsələni onun diqqətinə çatdırdıqlarına görə icma üzvlərinə təşəkkürünü bildirib və öz fikrini bölüşmək imkanına malik olmasından məmnunluğunu ifadə edib. Senator Faynşteyn Azərbaycan və Birləşmiş Ştatlar arasında uzun tarixə […]

ABŞ qanunvericiləri Urmiyə gölündə yaranmış vəziyyətlə bağlı məlumatlandırıldıqlarına görə diaspor üzvlərinə təşəkkür bildirir

Posted September 23rd, 2011 at 3:20 pm (UTC-5)
Leave a comment

Amerika qanunvericiləri ABŞ-da Azərbaycan diaspor üzvlərinin Urmiyə gölünün quruması ilə əlaqədar kampaniya çərçivəsində göndəridiyi məktublara cavab verməyə başlayıb. Amerikada yaşayan azərbaycanlılar Konrqes üzvlərinə göndərdikləri məktublarda diqqəti Urmiyə gölündə yaranmış ekoloji fəlakətə yönəldərək, gölün xilas edilməsi üçün İran hökumətinə təzyiq göstərməyə çağırır. Florida ştatından demokrat senator Bil Nelson Urmiyə gölündə yaranımış ekoloji vəziyyətlə məlumatlandırıldığına və təmsil […]

Senatın Xarici Əlaqələr Komitəsində ABŞ-ın Ermənistandakı yeni səfiri vəzifəsinə nominasiya olunmuş Con Heffernin təsdiqi ilə bağlı dinləmələr keçirilir

Posted July 13th, 2011 at 3:02 pm (UTC-5)
Leave a comment

ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Birləşmiş Ştatların Ermənistandakı səfiri vəzifəsinə nominasiya olunmuş Con Heffernin bu vəzifəyə təsdiqi ilə bağlı dinləmələr keçirilir. Dinləmələr zamanı cənab Heffern komitə üzvlərinin ABŞ administrasiyasının regionda siyasəti ilə bağlı suallarını cavablandırıb. Xarici Əlaqələr Komitəsinin üzvü, Nyu-Cersi ştatından senator Robert Menendes səfir vəzifəsinə nominasiya olmuş Con Heffernə ermənilərin iddia etdiyi soyqırımla bağlı […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>