ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatlarının bildirdiyinə görə, martın 18-də Tennessi ştatının parlamenti Xocalı qətliamını tanıyıb, Pensilvaniya ştatının assambleyasında isə Xocalı qətliamının tanınması ilə bağlı qətnamə təqdim edilib. Tennessi ştatının Xocalı faciəsinin 21-ci ildönümünün tamam olduğu vaxt qəbul etdiyi qətnamə ştatın qanunvericilik orqanına konqresmen Co Touns tərəfindən təqdim edilib. Pensilvaniya ştatının qəbul etdiyi qətnamədə Xocalı faciəsinin […]