Showing Archived Posts

ABŞ-dakı diaspor təşkilatları 20 Yanvar hadisələrilə bağlı məktub kampaniyası keçirir

Posted January 9th, 2013 at 1:47 pm (UTC-5)
Leave a comment

Amerikada yaşayan Azərbaycan diaspora təşkilatları 20 yanvar hadisələrinin 23-cü ildönümü ilə əlaqədar məktub kampaniyasına başlayıb. ABŞ Azərbaycanlıları şəbəkəsi USAN və Pax Turcica təşkilatı 1990-cu ildə Bakıda yanvarın 20-də baş vermiş hadisələrə siyasət qiymət verilməsi məqsədilə icma üzvlərinə ABŞ qanunvericilərinə məktub göndərilməsi üçün kampaniya keçirir. Məktubda 1990-cı ilin yanvar ayının 20-də sovet ordusunun Azərbaycana hücum etdiyi […]

Azərbaycan və Texas ştatı arasında əlaqələr genişlənir

Posted December 23rd, 2012 at 4:27 pm (UTC-5)
Leave a comment

Dekabrın 21-də Azərbaycan Dövlət Neft Şirkəti və Hyuston şəhəri arasında əməkdaşlığın inkişaf etdirilməsi və tərəflər arasında xüsusi dostluq münasibətlərinə dair sənəd imzalanıb. Sənədə Azərbaycan tərəfdən Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xaliq Məmmədov və Hyuston bələdiyyəsinin rəsmisi Endrü İken Hyustonda keçirilən xüsusi mərasimdə imza atıblar. Tədbir iştirakçıları Azərbaycan və Texas ştatı, eləcə də Bakı və Hyuston […]

Azərbaycan mədəniyyəti Amerikada Türk festivallarında təmsil olunur

Posted October 3rd, 2012 at 1:32 pm (UTC-5)
Leave a comment

Sentyabrın 30-da Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib. 10-cu yubiley festivalını ABŞ paytaxtının, Virciniya və Merilend ştatlarının minlərlə sakini ziyarət edib. Artıq bir neçə ildir ki, Türk festivalında Azərbaycan da stendlər və sərgilərlə təmsil olunur. Bu il də ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Türk festivalında Azərbaycana həsr edilmiş sərgi ilə iştirak edib. Sərgini ziyarət edənlər Azərbaycanın […]

ABŞ qanunvericiləri Urmiyə gölündə yaranmış vəziyyətlə bağlı məlumatlandırıldıqlarına görə diaspor üzvlərinə təşəkkür bildirir

Posted September 23rd, 2011 at 3:20 pm (UTC-5)
Leave a comment

Amerika qanunvericiləri ABŞ-da Azərbaycan diaspor üzvlərinin Urmiyə gölünün quruması ilə əlaqədar kampaniya çərçivəsində göndəridiyi məktublara cavab verməyə başlayıb. Amerikada yaşayan azərbaycanlılar Konrqes üzvlərinə göndərdikləri məktublarda diqqəti Urmiyə gölündə yaranmış ekoloji fəlakətə yönəldərək, gölün xilas edilməsi üçün İran hökumətinə təzyiq göstərməyə çağırır. Florida ştatından demokrat senator Bil Nelson Urmiyə gölündə yaranımış ekoloji vəziyyətlə məlumatlandırıldığına və təmsil […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>