Showing Archived Posts

Torontoda Azərbaycanın Respublika günü qeyd edilib

Posted May 28th, 2012 at 3:21 pm (UTC-5)
Leave a comment

Azərbaycanın Respublika günü münasibətilə Kanadanın Toronto şəhərində yaşayan azərbaycanlılar bələdiyyə binasının qarşısında Azərbaycan bayrağının qaldırılması mərasimində iştirak edib. Tədbir Toronto Universitetinin Azərbaycanlı Tələbə Assosiasiyası və yeni yaranmış Kanada Azərbaycanlı Gənclər şəbəkəsi tərəfindən təşkil edilib. Tədbirdə Kanadada yaşayan Azərbaycan icmasının təxminən 50 üzvü iştirak edib. Toronto Universitetində Azərbaycanlı Tələbələrin Assosiasiyasının prezidenti İsgəndə Qədirzadə toplaşanlar qarşısında çıxış […]

Torontoda Azərbaycanın müstəqilliyinin 20 illiyi münasibətilə konfrans keçirilib (Fotolar)

Posted November 7th, 2011 at 2:43 pm (UTC-5)
Leave a comment

ABŞ-da və Kanadada fəaliyyət göstərən Şimali Amerika Azərbaycanlı Gənclər şəbəkəsi AYNA və Toronto universitetinin Azərbaycanlı Gənclər Assosiasiyası noyabrın 4-də Toronto şəhərində Azərbaycanın müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan:20 il sonra” mövsuzunda elmi konfrans təşkil edib. Azərbaycan-Amerika Şurasının dəstəyi ilə keçirilən konfransda Ontario Qanunvericilik Assambleyasının üzvləri Monte Kvinter və Reza Moridi, habelə Toronto universitetinin dosenti Metyu […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>