Showing Archived Posts

Azərbaycan mədəniyyəti Amerikada Türk festivallarında təmsil olunur

Posted October 3rd, 2012 at 1:32 pm (UTC-5)
Leave a comment

Sentyabrın 30-da Vaşinqtonda ənənəvi Türk festivalı keçirilib. 10-cu yubiley festivalını ABŞ paytaxtının, Virciniya və Merilend ştatlarının minlərlə sakini ziyarət edib. Artıq bir neçə ildir ki, Türk festivalında Azərbaycan da stendlər və sərgilərlə təmsil olunur. Bu il də ABŞ-da fəaliyyət göstərən Qarabağ Fondu Türk festivalında Azərbaycana həsr edilmiş sərgi ilə iştirak edib. Sərgini ziyarət edənlər Azərbaycanın […]

ABŞ-dakı Azərbaycan diaspor təşkilatları Nümayəndələr Palatasında Türkiyəyə dair qərara etiraz bildirir

Posted December 16th, 2011 at 4:03 pm (UTC-5)
Leave a comment

Amerikadakı Azərbaycan diaspor təşkilatları icma üzvlərinə göndərilən məktublarda Konqresin Nümayəndələr Palatasının ümumi iclasında Türkiyədə xristianların irsinin qorunması və kilsələrin qaytarılmasına çağıran layihənin qəbul edilməsilə bağlı mövqelərini bildirib. Amerika-Azərbaycan Cəmiyyəti, Amerika-Azərbaycan Şurası və Pax Turcica institutu ABŞ-dakı türk təşkilatlarına qoşularaq, Nümayəndələr Palatasının 306 saylı qətnaməsini pisləyib. Onların icma üzvlərinə göndərdiyi müraciətdə deyilir ki, sənəd Birləşmiş Ştatlar […]

Vaşinqton və Ankara qardaşlaşmış şəhərlər olacaq

Posted October 1st, 2011 at 11:26 am (UTC-5)
Leave a comment

ABŞ paytaxtı Vaşinqton və Türkiyənin paytaxtı Ankara bu il qardaşlaşmış şəhərlər olmağa hazırlaşır. İki şəhərin qardaşlaşacağı oktyabrın 2-də Vaşinqtonda ənənəvi Türk Festivalı zamanı elan ediləcək və qardaş şəhərlər haqda anlaşma imzalanacaq. Bu münasibətlə bu il 9-cu Türk Festivalında Ankaradan xalq musiqisiçiləri və gənc musiqiçilər qrupu, habelə məşhur müğənni Ferhat Göçer iştirak edəcək. Vaşinqtonda hər il […]

Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri Radio Türküm radiosunun proqramında iştirak edib

Posted July 28th, 2011 at 9:06 am (UTC-5)
Leave a comment

Amerika Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və Amerika Türkiyə Assosiasiyalar Birliyinin prezidenti Ergün Kırıkovalı iyulun 27-də Radyo Türküm proqramında iştirak ediblər. Bu haqda məlumatı Tomris Azəri verib. Bir saat sürən proqramda Amerikada Azərbaycan-Türk diaspor təşkilatlarının iki lideri bu yaxınlarda Dünya Azərbaycanlılıarının 3-cü qurultayında iştirak etmək üçün Azərbaycana səfər və türk birliyinin əhəmiyyəti haqda danışıblar. Proqram […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>