Showing Archived Posts

Amerika azərbaycanlıları kimə səs verir

Posted November 5th, 2012 at 3:18 pm (UTC-5)
Leave a comment

İradə Axundova, Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti. Dilşad Əlyarlı: İradə xanım, siz illərdir Bakı-Hyuston Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidentisiniz və Azərbaycanla bağlı Texas ştatında geniş fəaliyyət aparırsınız. Bu il seçkidə sizin üçün ən önəmli mövzular hansılardır və siz hansı namizədə üstünlük verirsiniz? İradə Axundova: Bilirsiniz, uzun illərdir assosiasiyamızın işi ilə əlaqədar konqresmenlər və senatorlarla görüşürük. Bu […]

ABŞ azərbaycanlıları:vitse-prezident Baydenlə görüş Amerikanın Azərbaycana və Türkiyəyə verdiyi əhəmiyyətin göstəricisidir

Posted April 27th, 2012 at 1:09 pm (UTC-5)
Leave a comment

Aprelin 27-də Amerikada Azərbaycan və türk icmasının üzvlərinin Birləşmiş Ştatların vitse-prezidenti Cozef Baydenlə görüşü keçirilib. Bu, Azərbaycan icmasının ABŞ-ın vitse-prezidenti ilə ilk belə görüşüdür. Görüş Vaşinqtonda ABŞ-Azərbaycan münasibətlərinin 20 illiyi münasibətilə iki günlük konfransın ardınca keçirilib. Vitse-prezident Co Bayden Amerikada bu il seçki ilində ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrini təmsil edən icma üzvlərinin dəstəyinin əhəmiyyətini […]

ABŞ qanunvericiləri diaspor üzvlərinin 31 Mart məktub kampaniyasına cavab verir

Posted March 31st, 2012 at 2:29 pm (UTC-5)
Leave a comment

Hər il olduğu kimi bu il də ABŞ-da yaşayan azərbaycanlılar 20-ci əsrin əvvəllərində azərbaycanlıların kütləvi şəkildə qətlə yetirildiyi faciəli hadisələrin anılması üçün diaspor üzvləri arasında məktub kampaniyası keçirib. Kampaniyanın nəticəsi olaraq, Amerika qanunvericiləri icma üzvlərinə məsələ ilə bağlı rəsmi cavablar göndərib. Virciniya ştatı parlamentinin üzvü Gerald Konnolli cavab məktubunda insan hüquqlarının vacibliyini və keçmişdə baş […]

ABŞ hərbi dəniz qüvvələrinin veteranı azərbaycanlı Nəimi Əmiral Virciniyada Norfolk şəhər şurasına seçkilərə qatılır

Posted March 24th, 2012 at 1:54 pm (UTC-5)
Leave a comment

ABŞ hərbi dəniz qüvvələrinin veteranı azərbaycanlı Jon Nəimi Əmiral yaşadığı Virciniya ştatının Norfolk şəhər şurasına seçilmək üçün mübarizəyə qoşulub. Norfolk sakini olan Nəimi Əmiral şəhər şurasının üzvü Barklay Vinlə rəqabət aparacaq. Bu, 34 yaşlı Nəimi Əmiralın ilk siyasi kampaniyası deyil. 2009-cu ildə o, Virciniya ştatı Konqresinin Nümayəndələr Palatasına seçilmək üçün Respublikaçılar partiyasından namizədliyini irəli sürmüşdü. […]

Con Nəimi Əmiral Virciniya ştatının İnsan Hüquqları Şurasının üzvü təyin edilib

Posted October 10th, 2011 at 2:55 pm (UTC-5)
Leave a comment

Virciniya ştatının qubernatoru Bob Makdonnel Amerikada yaşayan azərbaycanlı Con Nəimi Əmiralı İnsan Hüquqları Şurasının üzvü təyin edib. Qubernator Makdonnel oktyabrın 7-də ştatın administrasiyasına yeni təyinatların edildiyinə dair sərəncam imzalayıb. Dörd il müddətinə seçilən doqquz üzvdən ibarət şura Virciniya ştatı hökumətinin irqi, dini, milli mənsubiyyəti, cinsi, tibbi vəziyyəti və başqa səbəblərə görə vətəndaşların ayrı-seçkiliyə məruz qalmadığını […]

Nəimi Əmiral:”2001-ci il 11 sentyabr Azərbaycanı düşündüm, terror hadisələrinin ağrısını bilən bir vətəndaş kimi Hərbi Dəniz Qüvvələrində xidmət etmək, Amerikaya kömək etmək istədim”

Posted September 9th, 2011 at 3:30 pm (UTC-5)
Leave a comment

  2001-ci il sentyabrın 11-də ABŞ-da Vaşinqtonda və Nyu-Yorkda terror hücumları Amerikada insanların həyatına bu və ya digər şəkildə təsir göstərdi.  Virciniya ştatının Norfolk şəhərində yaşayan azərbaycanlı Nəimi Əmiral 11 sentyabr hadisələrindən sonra ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət etmək üçün orduya yazılıb.  O deyir ki, televiziya ekranında təyyarələrin dəydiyi yanan binalara baxa-baxa uşaqlıq illəri Ermənistan-Azərbaycan […]

Dilşad Əliyarlı

Dilşad Əliyarlı jurnalist və yazardır. 15 ildir Amerikanın Səsində çalışır. Bu illər ərzində radio və televiziya proqramları üçün müxtəlif mövzularda reportajlar hazırlayıb, ABŞ və Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə müsahibələr aparıb. Dilşad Əliyarlı Amerikanın Səsinin Azərbaycan dilində ilk televiziya proqramı olan "Newsflash" xəbər bülleteninin, sonra isə "Amerika İcmalı" tele-jurnalınının ilk aparıcısı olub.

Azərbaycan xidməti ilə yanaşı, Amerikanın Səsinin rus xidmətində də radio proqramlarının aparıcısı kimi çalışıb. Amerikanın Səsindən öncə BBC radiosunun Azərbaycan xidmətinin Bosniyada müxbiri olub. Bakı Dövlət universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini bitirib. Ərəb dilinin tədrisini Tunis paytaxtında Burqiba adına dillər institutunda davam etdirib.

Videolarınızı bizə göndərin!

Bizi Facebook-da izləyin

AzeriDiaspor bloqunun Facebook səhifəsinə üzv olmaq üçün buraya tıklayın

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>