Showing Archived Posts

Azərbaycan-Türkiyə münasibətləri: danışıqlar və reallıqlar

Posted July 27th, 2011 at 11:21 pm (UTC+4)
Leave a comment

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük səfərə gəlib. Bu, Türkiyə baş nazirinin seçkilərdən sonra ilk rəsmi xarici səfəridir. Azərbaycana səfər birinciliyi artıq Türkiyədə siyasi ənənəyə çevrilib və Türkiyənin yeni hökumətləri ilk xarici səfərlərini Azərbaycandan başlayır. Amma, iki dövlət arasında qardaşlıq münasibətləri klassik deyimdəki kimi “bir millət, iki dövlət” teoreminə uyğun olsa da, […]

Posted in Genel

Qəbələ RLS: Azərbaycan və Rusiya bucağı

Posted July 25th, 2011 at 9:11 pm (UTC+4)
Leave a comment

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Bakıda səfərdədir. O bu gün Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, geniş tərkibli görüşdə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qəbələ RLS ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Əbiyev bildirib ki, […]

Posted in Genel

Azərbaycan mətbuatı: tarix və bu gün

Posted July 22nd, 2011 at 7:14 pm (UTC+4)
Leave a comment

Iyulun 22-si Azərbaycanda Milli Mətbuat günüdür. Rəsmi qurumlar və jurnalist təşkilatları mətbuat gününü qeyd edib. Bir qrup jurnalist Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin, müstəqillik dövründə azad medianın yaradıcısı Nəcəf Nəcəfovun, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, ölkənin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş jurnalistlər, milli qəhrəmanlar Salatın Əsgərova, Alı Mustafayev, Çingiz Mustafayev, Kazımağa Kazımov […]

Güclü Azərbaycanın viza və hərbi təlimlərlə bağlı etirafları

Posted July 20th, 2011 at 9:01 pm (UTC+4)
Leave a comment

Azərbaycanın Türkiyə vətəndaşlarına viza rejimini ləğv etməsi Türkiyə və Azərbaycan cəmiyyətlərinin əsas gözləntilərindəndir. Türkiyə və İran Azərbaycan vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edib. Bir sözlə, Azərbaycan vətəndaşları regionda mühüm qonşuları olan Gürcüstan, Rusiya, Qazaxıstan və başqa MDB ölkələrinə vizasız səfər edir. Hazırda Avropa İttifaqı ölkələrinə viza rejimin yüngülləşdirilməsi məsələsi də gündəlikdədir. Bu sıraya […]

Azərbaycanda son üç gündə avtomobil qəzasında 16 adam həlak olub

Posted July 18th, 2011 at 9:21 pm (UTC+4)
Leave a comment

Son üç gündə Azərbaycanda avtomobil qəzası nəticəsində 16 nəfər həlak olub, iyirmidən çox adam bədən xəsarəti alıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, iyulun 16-da Bakının Xəzər rayonunda VAZ markalı minik avtomobili ilə KAMAZ markalı yük avtomobilinin toqquşması nəticəsində 4 nəfər həlak olub. Abşeron rayonunda KAMAZ markalı yük avtomobili atlıya çırpılıb. Nəticədə atlı hadisə yerində həlak […]

Dağlıq Qarabağ münaqişəsinə Raket Əleyhinə Müdafiə Sistemləri müstəvisindən baxış

Posted July 15th, 2011 at 11:22 pm (UTC+4)
Leave a comment

Amerikanın Şərqi Avropada Raket Əleyhinə Müdafiə Sistemi (RƏM) yerləşdirməsi ilə bağlı prezident Corc Buş dövründən başlanan bəyanatları getdikcə regional siyasətin aktiv danışıqlar müstəvisinə gəlir. Belə ki, Amerikanın vaxtı ilə yalnız Rumıniya və Polşada yerləşdirmək istədiyi RƏM sistemləri ilə bağlı danışıqlar Türkiyə də daxil olmaqla daha böyük regionu əhatə edir. Son aylarda isə, 2007-ci ildə ABŞ-ın […]

Azərbaycan təyyarəsinin qəzası və Əfqanıstanda təhlükəsizlik bəyanatları

Posted July 13th, 2011 at 5:57 pm (UTC+4)
Leave a comment

İyulun 6-da Azərbaycanın BK-76 yük təyyarəsi Əfqanıstanın Bəhram hava limanı yaxınlığında qeyri-müəyyən şəraitdə qəzaya uğrayıb. Təyyarənin 9  nəfər heyət üzvündən hələ də xəbər yoxdur. Çünki, nə Azərbaycan, nə Əfqanıstan hökuməti, nə də Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri təyyarənin düşdüyü Pərvənd qəzasının Siyah Gərd əyalətinin Aksan kəndi yaxınlığında dağlıq əraziyə çata bilmir. Doğrudur təyyarə 3800 metr yüksəkliyi […]

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>