Showing Archived Posts

Quba işi məhkəmədə, 24 nəfər ittiham olunur

Posted August 30th, 2012 at 7:44 pm (UTC+4)
Leave a comment

Avqustun 30-da Quba Rayon Məhkəməsində 1 mart hadisələrinə görə tutulan 9 nəfərin mühakiməsi başlayıb. “Media forum” saytının məlumatına görə işə hakim Etibar Quliyevin sədrliyi ilə baxılır. Məhkəmə qarşısına çıxarılan Yunusov Xəyyam Sahib oğlu, Fayizi Səxavət Ağahüseyn oğlu, Nəcəfi Ələkbər Zülfüqar oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, Məhərrəmov Elgün Nadir oğlu, İlyasov Rəşad Tahir oğlu, Mürşudov Rafiq […]

İran narkotikinin rekviyemi və ya narkotik qaçaqmalçılığında korrupsiya

Posted August 13th, 2012 at 6:25 pm (UTC+4)
Leave a comment

                              Şuşa rayonu, Xəlifəli kəndində qeydiyyatda olan məcburi köçkün Nisbət Fərhadova Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında İrandan gətirilən 100 kiloqram narkotik maddənin satışı, bununla bağlı həbslər və hüquq-mühafizə orqanlarının əməkdaşlarına verdiyi rüşvət müqabilində ört-basdır işləri və […]

Dağlıq Qarabağda Suriya erməniləri

Posted August 7th, 2012 at 6:14 pm (UTC+4)
Leave a comment

Turan Agentliyinin məlumatına görə, Dağlıq Qarabağda Ermənistanın “Daşnaksütyun” Partiyasının yerli nümayəndəliyinin keçirdiyi “dəyirmi masa”da Suriya ermənilərinə yardım məsələsi müzakirə olunub. Müzakirələrdə qeyri-hökumət və ictimai-siyasi təşkilatların nümayəndələri iştirak edib. Ermənistanın “Arminfo” Agentliyinin məlumatına görə isə  dəyirmi masada qeyd olunub ki, Qarabağ erməniləri suriyalı ermənilərə yardım göstərməyə və onları qəbul etməyə hazırdır. “Hazırda Suriyadan 5 erməni ailəsi daimi […]

Müəllimlər işləyən yoxsullardır

Posted August 1st, 2012 at 7:35 pm (UTC+4)
Leave a comment

Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Təşkilatının təşəbbüsü ilə təhsildə problemlər mövzusunda dinləmə keçirilib. Çıxışların əsas motivi hökumətin təhsil siyasətinin yarıtmaz olması, son testlərdə keçid ballarının 150-yə endirilməsi, büdcədə təhsil və elm xərclərinin azlığı, müəllimlərin və elmi işçilərin əmək haqqının çox aşağı olması olub. Dinləmələrdə iştirak edən ekspertlər və çoxsaylı gənclər təşkilatı hökumətdən təhsil […]

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>