Showing Archived Posts

Gözəl Bayramlı: Parlamentin buraxılmasını bundan sonra da tələb edəcəyik

Posted November 20th, 2012 at 9:40 pm (UTC+4)
Leave a comment

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı Amerikanın Səsi radiosuna müsahibəsində müxalifət qüvvələrinin “Parlament buraxılsın!” şüarı ilə bundan sora da etiraz aksiyalarının keçirəcəyini bildirib. Onun fikrincə, keçmiş deputat Gülər Əhmədova sosial şəbəkələrdə yayılan videodakı danışıqlarında parlamentin rüşvətlə formalaşdırıldığını bir daha təsdiq edib. Nərimanov rayon məhkəməsinin keçmiş sədri Ağababa Babayev isə insanları günahı olmadan həbs […]

Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu

Posted October 19th, 2012 at 5:02 pm (UTC+4)
Leave a comment

Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi “Azərbaycan-ABŞ əməkdaşlığının regionda sülh və təhlükəsizliyin təmin edilməsində rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Amerikanın Azərbaycandakı səfirinin müavini Adam Sterlinq, Çapman Universiteti, Qlobal Təhsil Mərkəzinin direktoru Ceyms Koyl, Ankara Universiteti, Avropa Tədqiqatlar  Mərkəzinin rəhbəri Çağrı Erhan, Ceymstaun […]

Adam Mixnik: İşgəncələr altında yaşamağı sevən millət yoxdur

Posted October 4th, 2012 at 9:34 pm (UTC+4)
Leave a comment

Gürcüstanda keçirilən parlament seçkiləri Qafqazın tarixində yeni dövr açdı. Polşalı tanınmış ictimai xadim, jurnalist və “Həmrəylik” hərəkatının liderlərindən biri Adam Mixnik belə hesab edir. Demokratiyanın əsası hakimiyyətin seçki yolu ilə, zorakılıq və nifrət olmadan dəyişdirilməsinin mümkünlüyündədir və Gürcüstan son parlament seçkilərində buna nail oldu. Bu barədə cənab Mixnik Bakıda Azərbaycan vətəndaş cəmiyyətinin və yaradıcı ziyalıların […]

Hökumət qanunsuz tikili probleminin həllinə çalışsa da, qanunsuz evlərin tikintisi davam edir

Posted September 19th, 2012 at 9:30 pm (UTC+4)
Leave a comment

Turan Agentliyinin iqtisadi məsələlər üzrə eksperti Hafiz Babalı Amerikanın Səsi radiosuna müsahibəsində ölkədəki qanunsuz tikililərlə bağlı yaranmış problemlərdən danışıb. Onun sözlərinə görə, Azərbaycanda 500 minədək qanunsuz tikili var. “Qanunsuz tikililər həm əhali, həm də hökumət üçün böyük problemlər yaradır. Bu tikililər magistral kəmərlərin yaxınlığında, neftli torpaqlarda, neft buruqlarının arasında, dəmiryol, avtomobil yollarının, elektrik xətlərinin təhlükəsizlik […]

Quba işi məhkəmədə, 24 nəfər ittiham olunur

Posted August 30th, 2012 at 7:44 pm (UTC+4)
Leave a comment

Avqustun 30-da Quba Rayon Məhkəməsində 1 mart hadisələrinə görə tutulan 9 nəfərin mühakiməsi başlayıb. “Media forum” saytının məlumatına görə işə hakim Etibar Quliyevin sədrliyi ilə baxılır. Məhkəmə qarşısına çıxarılan Yunusov Xəyyam Sahib oğlu, Fayizi Səxavət Ağahüseyn oğlu, Nəcəfi Ələkbər Zülfüqar oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, Məhərrəmov Elgün Nadir oğlu, İlyasov Rəşad Tahir oğlu, Mürşudov Rafiq […]

İran narkotikinin rekviyemi və ya narkotik qaçaqmalçılığında korrupsiya

Posted August 13th, 2012 at 6:25 pm (UTC+4)
Leave a comment

                              Şuşa rayonu, Xəlifəli kəndində qeydiyyatda olan məcburi köçkün Nisbət Fərhadova Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında İrandan gətirilən 100 kiloqram narkotik maddənin satışı, bununla bağlı həbslər və hüquq-mühafizə orqanlarının əməkdaşlarına verdiyi rüşvət müqabilində ört-basdır işləri və […]

Dağlıq Qarabağda Suriya erməniləri

Posted August 7th, 2012 at 6:14 pm (UTC+4)
Leave a comment

Turan Agentliyinin məlumatına görə, Dağlıq Qarabağda Ermənistanın “Daşnaksütyun” Partiyasının yerli nümayəndəliyinin keçirdiyi “dəyirmi masa”da Suriya ermənilərinə yardım məsələsi müzakirə olunub. Müzakirələrdə qeyri-hökumət və ictimai-siyasi təşkilatların nümayəndələri iştirak edib. Ermənistanın “Arminfo” Agentliyinin məlumatına görə isə  dəyirmi masada qeyd olunub ki, Qarabağ erməniləri suriyalı ermənilərə yardım göstərməyə və onları qəbul etməyə hazırdır. “Hazırda Suriyadan 5 erməni ailəsi daimi […]

Müəllimlər işləyən yoxsullardır

Posted August 1st, 2012 at 7:35 pm (UTC+4)
Leave a comment

Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Təşkilatının təşəbbüsü ilə təhsildə problemlər mövzusunda dinləmə keçirilib. Çıxışların əsas motivi hökumətin təhsil siyasətinin yarıtmaz olması, son testlərdə keçid ballarının 150-yə endirilməsi, büdcədə təhsil və elm xərclərinin azlığı, müəllimlərin və elmi işçilərin əmək haqqının çox aşağı olması olub. Dinləmələrdə iştirak edən ekspertlər və çoxsaylı gənclər təşkilatı hökumətdən təhsil […]

Şahin Hacıyev: Azərbaycanda müstəqil jurnalistika təhlükəli peşədir

Posted July 20th, 2012 at 8:51 pm (UTC+4)
Leave a comment

İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə medianın durumunun ağır olduğunu bildirib. Onun fikrincə, mətbuat azadlığı məsələsi siyasi azadlıqla bağlıdır. “Azərbaycanda mətbuat dördüncü hakimiyyət rolunu oynaya bilmir. Mətbuatın rolu və ictimai həyata təsiri minimum səviyyədədir. Medianın çap etdiyi hətta sensasion material belə […]

Quba istintaqı

Posted July 19th, 2012 at 8:07 pm (UTC+4)
Leave a comment

İyulun 11-də Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Hüseynov Quba hadisələri ilə bağlı həbsdə olan “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və redaktor Zaur Quliyevin həbs müddətini daha iki ay – sentyabrın 17-dək uzadıb. Vəkil Elçin Sadıqov Amerikanın Səsi radiosuna bildirib ki, iyulun 18-də Bakı Apelyasiya Məhkəməsində jurnalistlərin aşağı instansiya məhkəmənin həbs qərarından şikayətini təmin etməyib. […]

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>