Showing Archived Posts

Ermənistan-Azərbaycan cəbhəsində gərginlik və reallıqlar (təhlil)

Posted June 11th, 2012 at 10:44 pm (UTC+4)
Leave a comment

Son günlər Ermənistan-Azərbaycan cəbhəsində gərginlik artmaqda davam edir. Amerika dövlət katibinin Cənubi Qafqaz ölkələrinə səfəri müddətində (5-7 iyun) hər iki tərəf onadək hərbiçisini itirib. Azərbaycan Müdafiə Nazirliyinin son məlumatları da həyəcan doğurmaya bilmir. Cəbhənin demək olar ki, bütün istiqamətlərində atəşkəs rejimi pozulmaqdadır. Doğrudur tərəflər hələ ağır silah və texnikadan istifadə etmir. Amma, itkisiz də ötüşmək […]

Əli Kərimli: Amerika dövlət katibi Azərbaycana “demokratik islahatların alternativi yoxdur” mesajını verməlidir

Posted May 31st, 2012 at 11:15 pm (UTC+4)
Leave a comment

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycan müxalifətinin Amerika dövlət katibi ilə görüşmək istədiyini, Amerikanın da Avropa Parlamenti kimi Azərbaycanda insan hüquqlarını pozan vəzifəli şəxslərə və onların əmlakına sanksiyalar tətbiq edilməsi ilə bağlı məsələlərə baxmasını istədiyini bildirib. O Azərbaycan-İran münasibətlərinin son durumuna münasibət bildirib. Cənab Kərimliyə 2006-cı ildən pasport verilmir. […]

Rəsul Cəfərov: Eurovision ölkələrində “Demokratiya naminə səs ver!” kampaniyasına başlamışıq

Posted May 15th, 2012 at 6:39 pm (UTC+4)
Leave a comment

“Demokratiya naminə musiqi” kampaniyasının koordinatoru Rəsul Cəfərov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, ölkədə insan hüquqlarının, söz azadlığının ümumi durumu ilə bağlı hesabatlar hazırlanıb. “İctimai televiziyanın verilişlərinin Avropa Yayım Birliyinin standartlarına uyğunluğu ilə bağlı isə xüsusi monitorinq aparmışıq”, – deyə o qeyd edib. Cənab Cəfərovun fikrincə, ölkədə insan hüquqlarının durumu pisləşməkdə davam edir. “Beynəlxalq və […]

Jurnalist işgəncələrə məruz qaldığını bildirir, Baş Prokurorluq təkzib edir (baxış bucağı)

Posted April 25th, 2012 at 9:03 pm (UTC+4)
Leave a comment

“Sərhədsiz reportyorlar” təşkilatı “Xəyal TV”nin baş redaktoru Zaur Quliyevə qarşı qeyri-insani davranışdan şoka düşüb. 1 mart Quba hadisələrindən sonra həbs olunmuş redaktor Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində zorakılığa məruz qalıb. Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun qalmaqallı çıxışı ilə bağlı videoçarx YouTube saytında yerləşdirildikdən sonra iğtişaşlar başlayıb. Hakimiyyət “Xəyal TV-nin əməkdaşlarını iğtişaşların təşkili məqsədilə […]

Adam Sterlinq: Azərbaycan istər bölgədə, istərsə də dünyada Amerikanın güclü tərəfdaşıdır

Posted April 9th, 2012 at 10:08 pm (UTC+4)
Leave a comment

Amerika ilə Azərbaycan arasında diplomatik əlaqələrin 20-ci ildönümü münasibəti ilə Bakıda Azərbaycan hökumət rəsmilərinin, deputatların, siyasi partiya rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı geniş tədbir keçirilib. Tədbirdə ABŞ Konqresindən 10 senator, Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanov, keçmiş səfirlər də iştirak edib. ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib ki, Amerika Azərbaycanın sülhsevər, çiçəklənən, müstəqil və demokratik […]

Vəfa Quluzadə: Azərbaycanın Rusiyaya iradlarını bərk səslə deməyin vaxtı çatıb

Posted March 12th, 2012 at 8:41 pm (UTC+4)
Leave a comment

Xəzər Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Vəfa Quluzadə Amerikanın Səsi radiosuna müsahibəsində Xəzər regionunda mövcud geosiyasi durum, Rusiyada prezident seçkiləri və İrana beynəlxalq təzyiqlərin regiondakı duruma təsirlərindən danışıb. Onun fikrincə, Azərbaycan demokratik islahatlar keçirərsə Amerikanın və NATO-nun güclü müttəfiqinə çevrilə bilər. Sual: Rusiyadakı prezident seçkilərinin Xəzər regionuna hansı təsirləri ola bilər? Cavab: Seçkilər Rusiyanın zəiflədiyini, ictimaiyyətin […]

Sülhəddin Əkbər: Azərbaycan İran məsələsində Suriya məsələsində olduğu kimi aydın və birmənalı mövqe tutmaqdadır

Posted February 14th, 2012 at 9:10 pm (UTC+4)
Leave a comment

Azərbaycan Milli Təhlükəsizlik Nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər Amerikanın Səsi radiosuna müsahibəsində İsrailin “Mossad” kəşfiyyat xidmətinin agentinin İranda nüvə fizikası alimini öldürdükdən sonra Azərbaycan ərazisindən istifadə etməklə İsrailə getməsi barədə bu ölkənin Azərbaycana verdiyi notanı şərh edib. O eyni zamanda, Azərbaycan-İran münasibətlərinin perspektivdə daha da gərginləşəcəyini düşünür. Sual: İran Xarici İşlər Nazirliyi fevralın 12-də […]

Azərbaycan Fransaya kəskin etiraz edir

Posted January 24th, 2012 at 6:53 pm (UTC+4)
Leave a comment

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının “Qanunla tanınmış soyqırımların mövcudluğunun təkzib edilməsinə görə cəza nəzərdə tutan” qanun layihəsini qəbul etməsi ilə bağlı bəyanatla çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Senatının bu qanunu qəbul etməsindən təəssüfləndiyini bəyan edir və bu qərarı qətiyyətlə pisləyir. “Fransa Senatının demokratiya, insan hüquqları, söz və ifadə azadlığı prinsipləri ilə ziddiyyət […]

Azərbaycan əhalisi 9 milyon 235 min nəfərdir

Posted January 18th, 2012 at 9:17 pm (UTC+4)
Leave a comment

2012-ci il yanvarın 1-dək Azərbaycanda əhalisinin sayı 123,9 min nəfər və ya 1,4 faiz artaraq 9.235 min nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Əhalinin 53 faizi şəhər, 47 faizi kəndlərdə yaşayır, 49,6 faizi kişilərdən, 50,4 faizi qadınlardan ibarətdir. Hər 1000 nəfər kişiyə 1017 nəfər qadın düşür. Statistika Komitəsinin hesablamalarına görə, 2011-ci […]

Zərdüşt Əlizadə: 2012-ci ildə Azərbaycanda yaxşılığa doğru heç nə dəyişməyəcək

Posted January 9th, 2012 at 10:47 pm (UTC+4)
Leave a comment

Şərqşünas politoloq Zərdüşt Əlizadə Amerikanının Səsi radiosuna müsahibəsində 2011-ci ildə başlanan ərəb baharının ərəb payızı ilə nəticələndiyini deyib. Belə ki, ərəb inqilabları nəticəsində dünyəvi, eyni zamanda xalqa xidmət etməyən korrupsioner hakimiyyətlər seçki yolu ilə qatı islamçılarla əvəz olunur. Onun fikrincə, 2012-ci ildə Azərbaycanı azadlıqlar sahəsində uğur gözləmir. Sual: 2011-ci il ərəb baharı ilə yadda qaldı. […]

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>