Showing Archived Posts

İsa Qəmbər: 2012-ci ildə ciddi dəyişikliklərin olacağını bilirəm, buna əminəm

Posted January 2nd, 2012 at 7:06 pm (UTC+4)
Leave a comment

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində 2012-ci ildə Azərbaycanda dəyişikliklərin qaçılmaq olduğunu bildirib. O 2011-ci ilin əsas siyasi yekunlarından danışıb. Sual: 2011-ci ilin siyasi yekunlarını necə qiymətləndirirsiniz? 2011-ci ilin müxalifət üçün əsas siyasi yekunları nə olub? Cavab: 2011-ci ilin əsas siyasi yekunları ilə bağlı danışmaq bir az çətindir. Çünki, 2011-ci ildə siyasi […]

Rəsmi Bakı Fransa parlamentinin Türkiyə əleyhinə qərarını qəti şəkildə pisləyib (münasibətlər)

Posted December 23rd, 2011 at 9:49 pm (UTC+4)
Leave a comment

“Fransa Milli Assambleyasının səsverməsində parlamentin deputatlarının 10 faizi belə iştirak etməyib. Səsvermə mərhələlidir. Hələ Senat səs verməli və prezident sənədi təsdiq etməlidir. Bununla belə? Milli Assambleyanın qərarı qəbuledilməzdir”. Bu barədə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bugünki mətbuat konfransında Fransa Milli Assambleyasının “erməni soyqırımının” inkar edilməsinə görə cinayət məsuliyyəti müəyyən edən qərarı ilə bağlı jurnalistlərin […]

Hakan Açar: Azərbaycanın 44 bankından 33-ü MasterCard sisteminə qoşulub

Posted December 20th, 2011 at 7:53 pm (UTC+4)
Leave a comment

Bakı sakinlərinin 50%-nin azı bir bank ödəmə kartı (plastik kart) var, kredit kart sahibləri isə paytaxt sakinlərinin  yalnız təqribən 2%-ni təşkil edir. Kredit kartların istifadəçilərinin böyük əksəriyyəti 18–34 yaşlar arası ali təhsilli kişilərdir. Bu barədə  MasterCard-ın Azərbaycan üzrə ölkə meneceri Hakan Açar Amerikanın Səsi radiosuna müsahibəsində bildirib. Belə ki, MasterIndex Araşdırması ilk dəfə olaraq Bakıda […]

Human Rights Watch həbsdə olan 17 fəalın hamısını siyasi və vicdan məhbusu kimi tanıyır

Posted December 12th, 2011 at 10:26 pm (UTC+4)
Leave a comment

Human Rights Watch təşkilatının Avropa və Mərkəzi Asiya şöbəsinin direktor müavini  Reyçel Denber Amerikanın Səsi radiosuna müsahibəsində Azərbaycanda 2011-ci ildə insan hüquqları sahəsində vəziyyətin pisləşməkdə davam etdiyini bildirib. O, Human Rights Watch-ın bu il həbs edilən 17 nəfər fəalı siyasi və vicdan məhbusu kimi tanıdığını deyib. Sual: 2011-ci il başa çatmaqdadır. Azərbaycanda insan hüquqlarının mövcud […]

Yazıçı Rafiq Tağının qətlinə fərqli baxışlar

Posted November 25th, 2011 at 9:16 pm (UTC+4)
Leave a comment

Yazıçı Rafiq Tağıya qarşı sui-qəsd və onun ölümü ictimaiyyətin diqqət mərkəzindədir. Yerli və beynəlxalq mediada yazıçının qətli ilə bağlı çoxsaylı yazılar dərc edilib. Ölkə ictimaiyyəti azad sözə qarşı sui-qəsdi pisləyir. Rafiq Tağı dünyada jurnalistlərin qatillərinin cəzalandırılmamasına qarşı beynəlxalq mübarizə günündə – noyabrın 23-də qətlə yetirilib. Müstəqillik illərində Azərbaycanın 11 jurnalisti öldürülüb. Onların 9 nəfəri silahlı […]

Tanınmış yazıçı Rafiq Tağının son mənzili (təhlil)

Posted November 24th, 2011 at 8:17 pm (UTC+4)
Leave a comment

Tanınmış yazıçı Rafiq Tağı bu gün torpağa tapşırılıb. O, Ümumşəhər qəbiristanlığında dəfn olunub. Mərasimdə media ictimaiyyəti və yazıçının dostları iştirak edib. İndiyədək rəsmi Bakı yazıçıya qarşı sui-qəsd və onun xəstəxanada ölümü ilə bağlı reaksiya verməyib. Rafiq Tağı noyabrın 19-da evinə gedərkən, yolda naməlum şəxs tərəfindən bıçaqlanıb. Yeddi bıçaq zərbəsi alan yazıçı cərrahi əməliyyata məruz qalıb, […]

Yazıçı Rafiq Tağı əməliyyatdan sonra özünə gəlib (son fotolar)

Posted November 20th, 2011 at 3:40 pm (UTC+4)
Leave a comment

Tanınmış yazıçı Rafiq Tağı artıq əməliyyat otağından reanimasiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir. Cənab Tağı anlaqlıdır. Mən bu gün Bakı vaxtı ilə saat 14 radələrində yazıçı ilə qısa müddətli görüş imkanı əldə etdim. O reanimasiya otağında aparatlara qoşuludur. Hələlik həkimlər danışmağa icazə verməsə də, cənab Tağı bir neçə sualıma əl işarələri ilə cavab verib. Yazıçı bildirib […]

Con Dalhizen: Azərbaycanda 17 nəfər vicdan məhbusu var

Posted November 18th, 2011 at 7:45 pm (UTC+4)
Leave a comment

Amnesty International təşkilatı Azərbaycanda  insan haqlarının durumu ilə bağlı “Heç vaxt çiçəklənməyən bahar: Azərbaycanda azadlıqlar tapdanır” adlı hesabat yayıb. Sənəddə ölkədəki korrupsiya, müstəqil media, qeyri hökumət təşkilatları və müxalifət partiyalarının üzərinə artmaqda olan təqiblərin və həbslərin təfərrüatları yer alıb. Amnesty İnternational Azərbaycanda etirazlar əsasında məhkum edilmiş 17 nəfəri vicdan məhbusu hesab edir və onların dərhal […]

Eynulla Fətullayev: Azərbaycanda siyasi məhbus problemi ən aktual mövzulardan biridir

Posted November 11th, 2011 at 8:12 pm (UTC+4)
Leave a comment

Azərbaycanda siyasi məhbuslarla bağlı durum noyabrın 16-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) İnsan Haqları və Hüquq Məsələləri üzrə Komitənin Parisdə keçiriləcək iclasının gündəliyinə salınıb. İclasda siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin yarım saatlıq çıxışından sonra ekspert qismində Azərbaycanın İnsan Haqları Uğrunda İctimai Birliyinin sədri Eynulla Fətullayev çıxış edəcək. Hüquq müdafiəçilərinin siyahısına görə, hazırda Azərbaycanda 70-dək […]

Şirməmməd Hüseynov: Azərbaycan bayraqda əks olunmuş üç prinsipə əməl etməlidir

Posted November 9th, 2011 at 10:13 pm (UTC+4)
Leave a comment

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hökuməti ilk dəfə olaraq üçrəngli bayrağı dövlət bayrağı kimi qaldırıb. 1920-ci ildə AXC-nin süqutundan sonra sovet bayrağı qəbul edilib. Lakin, 1988-ci ilin noyabrında milli-demokratik hərəkat zamanı üçrəngli bayraq Bakının mərkəzi “Azadlıq” meydanında yenidən qaldırılıb. 1990-cı ilin noyabrında üçrəngli bayraq Naxçıvan Muxtar […]

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>