Showing Archived Posts

Gültəkin Hacıbəyli: İranın çevrəsi daraldıqca özünüqoruma hərəkətləri aqressivləşir

Posted November 8th, 2011 at 9:21 pm (UTC+4)
Leave a comment

Siyasi təhlilçi Gültəkin Hacıbəyli Amerikanın Səsi radiosuna İran ətrafındakı son durumla bağlı müsahibə verib. Təhlilçi hesab edir ki, İran ətrafındakı gərginlik dərinləşdikcə, bu ölkənin Azərbaycana qarşı münasibətləri daha tənqidi olur. Artıq İranda Azərbaycan rəhbərləri, müstəqilliyi əleyhinə fikirlər açıq səsləndirilir. Xatırladaq ki, xanım Hacıbəyli Azərbaycan Milli Məclisinin iki çağırış deputatı, beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin […]

Qənimət Zahid: Fransada ailəmin təhlükəsizliyinə dövlət səviyyəsində təminat verilib

Posted October 27th, 2011 at 10:53 pm (UTC+4)
Leave a comment

Azadlıq qəzetinin redaktoru Qənimət Zahid ailə üzvləri hədələndiyindən Fransadan sığınacaq alıb. Fransa hökuməti redaktorun həyat yoldaşının və uşaqlarının təhlükəsiz şəraitdə yaşamasına təmin verib. Bu günlərdə Bakıya qayıdan Qənimət Zahid Amerikanın Səsi radiosuna müsahibəsində bildirib ki, bu ilin mayında övladlarının  həyatına təhlükə yarandığından onları məktəbə belə buraxmayıb. Sual: Ailənizə təhlükələrlə bağlı bəyanatlar veribsiniz. Eyni zamanda ailə […]

İsa Qəmbər: Müsavatın 100 illik tarixi – azadlıq, ləyaqət və şərəf uğrunda mübarizə tarixidir

Posted October 12th, 2011 at 11:29 pm (UTC+4)
Leave a comment

Müsavat Partiyasının başqanı İsa Qəmbər Amerikanın Səsi radiosuna müsahibəsində Müsavat Partiyasının 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlər, partiyanın tarixi yolu, ölkənin müstəqilliyi, demokratiya və insan haqları ilə bağlı mübarizə tarixindən danışıb. Müsavat Partiyasının yaradıcısı Məmməd Əmin Rəsulzadə ötən əsrin 50-ci illərində Amerikanın Səsi radiosu vasitəsi ilə Azərbaycan xalqına tarixi müraciətini edib. Müsavat Partiyasının başqanı […]

Fransa prezidentinin Cənubi Qafqaz səfəri: təzadlar və müəmmalar

Posted October 7th, 2011 at 11:38 pm (UTC+4)
Leave a comment

Oktyabrın 7-də Fransa prezidenti Nikola Sarkozi Azərbaycanda rəsmi səfərdə olub. Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, Azərbaycan və Fransa prezidentləri İlham Əliyevlə Nikola Sarkozinin təkbətək görüşündə Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişafından danışılıb. Prezidentlər iki ölkə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər. […]

Ərəstun Oruclu: Avropaya inteqrasiyada insan hüquqları və demokratiya ən ləng sahədir

Posted October 3rd, 2011 at 9:58 pm (UTC+4)
Leave a comment

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Amerikanın Səsi radiosuna müsahibəsində Avropa İttifaqının Varşavada keçirilən Şərq Tərəfdaşlığı üzrə Sammitinin Azərbaycanda islahatlara təsiri, Avropa İttifaqı-Azərbaycan ikitərəfli və çoxtərəfli əməkdaşlığından danışıb. Sual: Avropa İttifaqının Varşavada keçirilən Şərq Tərəfdaşlığı üzrə Sammitinin Azərbaycanda islahatlara pozitiv təsiri nə ola bilər? Cavab: Bu adi bir işçi sammit idi. Avropa İttifaqı Şərq Tərəfdaşlığı […]

Metyu Brayza: Amerika şirkətlərinə Azərbaycanda işləmək çətindir

Posted September 28th, 2011 at 9:46 pm (UTC+4)
Leave a comment

Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayzanın görüşü olub. Klub üzvləri qarşısında çıxış edən səfir Brayza Amerika biznesinin Azərbaycana münasibəti, Azərbaycanda Amerika investisiyalarının perspektivləri və problemlərdən danışıb. O, Amerika şirkətlərinin Azərbaycanda geniş əlaqələr qurmasına tərəfdar olduğunu bildirib. Səfirin sözlərinə görə, son 7 ildə enerji sektorunun inkişafı nəticəsində Azərbaycan iqtisadiyyatında 300 faiz […]

Azərbaycanda redaktorların mediaya baxışı, yenə jurnalist həbs edilib

Posted September 21st, 2011 at 9:13 pm (UTC+4)
Leave a comment

Redaktorlar Birliyinin toplantısında Xural qəzetinin bölgə müxbiri Aydın Canıyevin barəsində 2 ay müddətinə seçilmiş həbs qətimkan tədbiri, bu qəzetlə bağlı baş verən son olaylar, Gündəm Xəbər qəzetində vergi yoxlamaları, qəzetin baş redaktoru və təsisçisinin barəsində qaldırılmış cinayət işi, Ayna və Zerkalo qəzetlərinin, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşı İdrak Abbasovun və ailə üzvlərinin üzləşdiyi təzyiqlərlə […]

Azərbaycan və Türkiyənin milli kimlik fəlsəfəsi

Posted September 16th, 2011 at 9:29 pm (UTC+4)
Leave a comment

Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi “Azərbaycan Xalq Cümhuriyyəti-93” layihəsi çərçivəsində “21-ci əsrdə Türkiyə və Azərbaycanda kimlik məsələsi: müasir milli dövlətlərin öncəki vəziyyətlərinə qayıdış” mövzusunda konfrans keçirib. Konfransda soyuq müharibədən sonrakı dövrdə Türkiyə və Azərbaycanın daxili və xarici siyasəti təhlil edilib. Ekspertlərin fikrincə, hazırda Azərbaycan 1918-ci il tipli demokratik respublika modelindən uzaqlaşmaqdadır, Türkiyədə də dövlət institutları […]

Amerikanın Azərbaycandakı səfirliyində 11 sentyabr terror qurbanları anılıb

Posted September 13th, 2011 at 12:13 am (UTC+4)
Leave a comment

Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza Nyu-York və Vaşinqtonda törədilmiş 11 sentyabr terror hücumlarının onuncu ildönümü ilə bağlı rəsmi xatirə mərasimi təşkil edib. Mərasimdə Azərbaycan xarici işlər nazirinin müavini Hafiz Paşayev, Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin rəhbəri Səməd Seyidov, Müdafiə Nazirliyinin və digər rəsmi qurumların […]

Posted in Genel

Bakıda ərzaq məhsullarının qiyməti 4,9 faiz artıb

Posted September 5th, 2011 at 7:45 pm (UTC+4)
Leave a comment

Bu ilin avqustunda paytaxt Bakının istehlak bazarında ərzaq məhsullarının qiyməti 4,9% artıb. Turan agentliyinin məlumatına görə, son bir ayda ərzaq məhsullarının qiymətlərindən, mal əti-21,4%, qoyun əti-12,5%, toyuq əti-2,9%, kərə yağı-3,2%, yumurta-33,3%, şəkər -15,4% artıb. Digər ərzaq məhsullarının qiymətləri isə dəyişməz qalıb. Respublikanın digər iri şəhərlərindən Naxçıvanda-3%, Gəncədə-3,3%, Lənkəranda-3,6%, Mingəçevirdə-3,7%, Qubada isə -3,4% bahalaşma qeydə alınıb. […]

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>