Showing Archived Posts

Zəlimxan Məmmədli: Gürcüstan hakimiyyət orqanlarında azərbaycanlıların təmsilçiliyi zəifdir

Posted September 2nd, 2011 at 9:24 pm (UTC+4)
Leave a comment

Borçalı Cəmiyyətinin rəhbəri Zəlimxan Məmmədli Amerikanın Səsi radiosuna müsahibəsində Gürcüstanda yaşayan azərbaycanlıların problemlərindən danışıb. Onun fikrincə, Gürcüstanda azərbaycanlıların əsas problemləri təhsil, dövlət və hökumət qurumlarında, eləcə də seçkili orqanlarda təmsilçiliyinin az olması ilə bağlıdır. O, torpaqla bağlı problemlər olduğunu da bildirib. Sual: Gürcüstanda yaşayan azərbaycanlıların mövcud problemləri nədir? Cavab: Bəzən, yanlış olaraq inteqrasiya problemini qabardırlar. […]

Zəfər Quliyev: Azərbaycanda islahatlar inqilabın yeganə alternatividir

Posted August 29th, 2011 at 9:21 pm (UTC+4)
Leave a comment

Müxalifət qüvvələrinin təmsil olunduğu İctimai Palatanın Koordinasiya Şurasının üzvü, politoloq Zəfər Quliyev Amerikanın Səsi radiosuna müsahibəsində qurumun “Demokratiyaya yumşaq keçidin Yol Xəritəsi” adlı sənədindən danışıb. Sənəddə Azərbaycan iqtidarı müxalifətlə dialoqa çağırılır və inqilabsız demokratiyaya keçidlə bağlı təkliflər əksini tapıb. Sual: “Demokratiyaya yumşaq keçidin Yol Xəritəsi” sənədinin əsas strategiyası nədir? Cavab: Demokratik islahat məsələsi o, qədər […]

Əli Kərimli: Azərbaycanda mübarizə kütləvilik mərhələsinə keçəcək

Posted August 25th, 2011 at 10:40 pm (UTC+4)
3 comments

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsi radiosuna müsahibəsində Səbael rayon məhkəməsinin müxalifət fəalları barədə həbs hökmünü siyasi sifariş adlandırıb. O, Azərbaycan müxalifətinin demokratik islahatlar uğrunda apardığı mübarizə, avtoritarizmdən  demokratiyaya yumşaq keçidin yol xəritəsi və ərəb inqilablarının səbəblərindən danışıb. Sual: Bu gün Səbael rayon məhkəməsi 6 müxalifət fəalı barədə həbs hökmü çıxarıb. Hökmə […]

Qabil Hüseynli: “Ərəb baharı” davam edəcək

Posted August 24th, 2011 at 9:43 pm (UTC+4)
Leave a comment

Politoloq Qabil Hüseynli Amerikanın Səsi radiosuna müsahibəsində Liviyada keçid dövrünün ağır olacağını düşünür. Onun fikrincə, Türkiyə demokratiyası bütün müsəlman dünyası üçün yaxşı nümunədir. Sual: Artıq, Liviya xalqı qələbəyə çox yaxındır. Qəzzafi hökumətinin süqutundan sonrakı dövrü necə görürsünüz? Cavab: Müəmmar Qəzzafidən sonrakı proseslər o qədər də asan olmayacaq. Liviya tayfaların, qəbilələrin üstünlük təşkil etdiyi çoxrəngli və  […]

Posted in Genel

İlham Şaban: Şahdəniz qazı Türkiyənin təsir imkanlarını qat-qat artıracaq

Posted August 18th, 2011 at 10:22 pm (UTC+4)
Leave a comment

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsi radiosuna müsahibəsində Şahdəniz qazının Türkiyə ərazisindən daşınması ilə bağlı aparılan danışıqların avqustun 26-da İstanbulda davam etdiriləcəyini bildirib. Burada, Azərbaycan tranzit qiymətlərinin investisiyaların qaytarılmasına imkan verəcək dərəcədə olmasını istəyir. Türkiyə isə ildə 300 milyon dollaradək tranzit haqqı alsa da, böyük siyasi divident qazanır. Sual: Azərbaycan qazının Türkiyədən tranziti […]

Azərbaycan-İran labirinti (təhlil)

Posted August 15th, 2011 at 9:57 pm (UTC+4)
Leave a comment

İranın son diplomatik manevrləri heyrətləndiricidir. Bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Seyid Həsən Firuzabadinin “Azərbaycanda qiyam” bəyanatı  doğrudan da qiyam effekti yaradıb. Bu bəyanat İranda və Azərbaycanda  çoxsaylı dövlət məmurlarının və ictimaiyyətin başını deyəsən çox ağrıdacaq. General bildirib ki, Azərbaycan hakimiyyəti dindarların hüquqlarını pozmaq və sionistlərin maraqlarını təmin siyasətini davam etdirsə, Aran […]

Azərbaycanda Eurovizion-2012 – “Demokratiya üçün musiqi” kampaniyasına başlanıb

Posted August 8th, 2011 at 10:10 pm (UTC+4)
Leave a comment

Eurovizion-2012 mahnı müsabiqəsi ərəfəsində insan hüquqları sahəsində həyata keçirilən “Demokratiya üçün musiqi” kampaniyasının koordinatoru Rəsul Cəfərov Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə insan hüquqları, söz, fikir, toplaşmaq, media azadlıqları, siyasi məhbus problemi və viza rejimindən danışıb. Sual: Kampaniyanızın əsas məqsədi nədir? Cavab: Əsas məqsədimiz gələn il Azərbaycanda keçiriləcək və dünyanın çoxsaylı ölkələrinin iştirak edəcəyi Eurovizion-2012 mahnı […]

Posted in Genel

Azərbaycanda turizmi (təhlil)

Posted August 2nd, 2011 at 12:12 am (UTC+4)
Leave a comment

İyuldan başlayaraq Azərbaycanda temperaturlar çox istiləşib. Ölkə avqusta 42 dərəcə istiliklə keçib. Sinoptiklər istilərin ay ərzində davam edəcəyini bildirir.  Belə ki, avqustda Bakıda və Abşeronda gündüzlər +30 +35 dərəcə, ayrı-ayrı günlərdə +38 +40 dərəcə isti olacaq. Regionlarda da isti olacaq. Ən yüksək temperatur Naxçıvandadır +38 +42 dərəcə… Reallıqda, belə isti havalar turistləri cəlb etməlidir. Yəni, […]

Posted in Genel

Azərbaycan-Türkiyə münasibətləri: danışıqlar və reallıqlar

Posted July 27th, 2011 at 11:21 pm (UTC+4)
Leave a comment

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana bir günlük səfərə gəlib. Bu, Türkiyə baş nazirinin seçkilərdən sonra ilk rəsmi xarici səfəridir. Azərbaycana səfər birinciliyi artıq Türkiyədə siyasi ənənəyə çevrilib və Türkiyənin yeni hökumətləri ilk xarici səfərlərini Azərbaycandan başlayır. Amma, iki dövlət arasında qardaşlıq münasibətləri klassik deyimdəki kimi “bir millət, iki dövlət” teoreminə uyğun olsa da, […]

Posted in Genel

Qəbələ RLS: Azərbaycan və Rusiya bucağı

Posted July 25th, 2011 at 9:11 pm (UTC+4)
Leave a comment

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Bakıda səfərdədir. O bu gün Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, geniş tərkibli görüşdə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qəbələ RLS ilə bağlı fikir mübadiləsi aparılıb. Nazir Əbiyev bildirib ki, […]

Posted in Genel

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>