İyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. Nəcəf Nəcəfov Fondunun icraçı direktoru Şahin Hacıyev Amerikanın Səsi radiosuna müsahibəsində ölkədə medianın durumunun ağır olduğunu bildirib. Onun fikrincə, mətbuat azadlığı məsələsi siyasi azadlıqla bağlıdır. “Azərbaycanda mətbuat dördüncü hakimiyyət rolunu oynaya bilmir. Mətbuatın rolu və ictimai həyata təsiri minimum səviyyədədir. Medianın çap etdiyi hətta sensasion material belə […]