Showing Archived Posts

Vəfa Quluzadə: Azərbaycanın Rusiyaya iradlarını bərk səslə deməyin vaxtı çatıb

Posted March 12th, 2012 at 8:41 pm (UTC+4)
Leave a comment

Xəzər Siyasi Araşdırmalar Mərkəzinin prezidenti Vəfa Quluzadə Amerikanın Səsi radiosuna müsahibəsində Xəzər regionunda mövcud geosiyasi durum, Rusiyada prezident seçkiləri və İrana beynəlxalq təzyiqlərin regiondakı duruma təsirlərindən danışıb. Onun fikrincə, Azərbaycan demokratik islahatlar keçirərsə Amerikanın və NATO-nun güclü müttəfiqinə çevrilə bilər. Sual: Rusiyadakı prezident seçkilərinin Xəzər regionuna hansı təsirləri ola bilər? Cavab: Seçkilər Rusiyanın zəiflədiyini, ictimaiyyətin […]

Sülhəddin Əkbər: Azərbaycan İran məsələsində Suriya məsələsində olduğu kimi aydın və birmənalı mövqe tutmaqdadır

Posted February 14th, 2012 at 9:10 pm (UTC+4)
Leave a comment

Azərbaycan Milli Təhlükəsizlik Nazirinin keçmiş birinci müavini Sülhəddin Əkbər Amerikanın Səsi radiosuna müsahibəsində İsrailin “Mossad” kəşfiyyat xidmətinin agentinin İranda nüvə fizikası alimini öldürdükdən sonra Azərbaycan ərazisindən istifadə etməklə İsrailə getməsi barədə bu ölkənin Azərbaycana verdiyi notanı şərh edib. O eyni zamanda, Azərbaycan-İran münasibətlərinin perspektivdə daha da gərginləşəcəyini düşünür. Sual: İran Xarici İşlər Nazirliyi fevralın 12-də […]

Zərdüşt Əlizadə: 2012-ci ildə Azərbaycanda yaxşılığa doğru heç nə dəyişməyəcək

Posted January 9th, 2012 at 10:47 pm (UTC+4)
Leave a comment

Şərqşünas politoloq Zərdüşt Əlizadə Amerikanının Səsi radiosuna müsahibəsində 2011-ci ildə başlanan ərəb baharının ərəb payızı ilə nəticələndiyini deyib. Belə ki, ərəb inqilabları nəticəsində dünyəvi, eyni zamanda xalqa xidmət etməyən korrupsioner hakimiyyətlər seçki yolu ilə qatı islamçılarla əvəz olunur. Onun fikrincə, 2012-ci ildə Azərbaycanı azadlıqlar sahəsində uğur gözləmir. Sual: 2011-ci il ərəb baharı ilə yadda qaldı. […]

Tanınmış yazıçı Rafiq Tağının son mənzili (təhlil)

Posted November 24th, 2011 at 8:17 pm (UTC+4)
Leave a comment

Tanınmış yazıçı Rafiq Tağı bu gün torpağa tapşırılıb. O, Ümumşəhər qəbiristanlığında dəfn olunub. Mərasimdə media ictimaiyyəti və yazıçının dostları iştirak edib. İndiyədək rəsmi Bakı yazıçıya qarşı sui-qəsd və onun xəstəxanada ölümü ilə bağlı reaksiya verməyib. Rafiq Tağı noyabrın 19-da evinə gedərkən, yolda naməlum şəxs tərəfindən bıçaqlanıb. Yeddi bıçaq zərbəsi alan yazıçı cərrahi əməliyyata məruz qalıb, […]

Yazıçı Rafiq Tağı əməliyyatdan sonra özünə gəlib (son fotolar)

Posted November 20th, 2011 at 3:40 pm (UTC+4)
Leave a comment

Tanınmış yazıçı Rafiq Tağı artıq əməliyyat otağından reanimasiya şöbəsinə köçürülüb, vəziyyəti stabildir. Cənab Tağı anlaqlıdır. Mən bu gün Bakı vaxtı ilə saat 14 radələrində yazıçı ilə qısa müddətli görüş imkanı əldə etdim. O reanimasiya otağında aparatlara qoşuludur. Hələlik həkimlər danışmağa icazə verməsə də, cənab Tağı bir neçə sualıma əl işarələri ilə cavab verib. Yazıçı bildirib […]

Gültəkin Hacıbəyli: İranın çevrəsi daraldıqca özünüqoruma hərəkətləri aqressivləşir

Posted November 8th, 2011 at 9:21 pm (UTC+4)
Leave a comment

Siyasi təhlilçi Gültəkin Hacıbəyli Amerikanın Səsi radiosuna İran ətrafındakı son durumla bağlı müsahibə verib. Təhlilçi hesab edir ki, İran ətrafındakı gərginlik dərinləşdikcə, bu ölkənin Azərbaycana qarşı münasibətləri daha tənqidi olur. Artıq İranda Azərbaycan rəhbərləri, müstəqilliyi əleyhinə fikirlər açıq səsləndirilir. Xatırladaq ki, xanım Hacıbəyli Azərbaycan Milli Məclisinin iki çağırış deputatı, beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin […]

Tapdıq Fərhadoğlu

Tapdıq Fərhadoğlu - 1990-cı ildən mətbuat səhifələrində yazıram.

Azərbaycanın ilk müstəqil qəzetinin yazarlarından olmuşam. Daxili və xarici siyasət, qaynar hadisələr, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı reportajlar və yazıların müəllifiyəm. 10 ildən çoxdur ki, Amerikanın Səsi radiosunun Azərbaycanda müxbiriyəm.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>