İyulun 11-də Nəsimi Rayon Məhkəməsinin hakimi Etibar Hüseynov Quba hadisələri ilə bağlı həbsdə olan “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov və redaktor Zaur Quliyevin həbs müddətini daha iki ay – sentyabrın 17-dək uzadıb. Vəkil Elçin Sadıqov Amerikanın Səsi radiosuna bildirib ki, iyulun 18-də Bakı Apelyasiya Məhkəməsində jurnalistlərin aşağı instansiya məhkəmənin həbs qərarından şikayətini təmin etməyib. […]
Jurnalist işgəncələrə məruz qaldığını bildirir, Baş Prokurorluq təkzib edir (baxış bucağı)
“Sərhədsiz reportyorlar” təşkilatı “Xəyal TV”nin baş redaktoru Zaur Quliyevə qarşı qeyri-insani davranışdan şoka düşüb. 1 mart Quba hadisələrindən sonra həbs olunmuş redaktor Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində zorakılığa məruz qalıb. Quba rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun qalmaqallı çıxışı ilə bağlı videoçarx YouTube saytında yerləşdirildikdən sonra iğtişaşlar başlayıb. Hakimiyyət “Xəyal TV-nin əməkdaşlarını iğtişaşların təşkili məqsədilə […]