Gələn 30 ildə dünyada diabet xəstələrinin sayı 3 dəfə artacaq

Posted July 26th, 2011 at 11:54 am (UTC-5)
1 comment

Gələn 30 ildə dünyada diabet xəstələrinin sayı 3 dəfə artaraq, 350 milyon nəfərə yüksələcək. Diabet qlobal bir problemdir. Son araşdlrmaların nəticələrinə görə, hər on adamdan biri şəkər xəstəsidir. Alimlər 200 ölkədə üç milyon insan üzərində tədqiqat aparıb. Onların əksəriyyəti ikinci növ şəkər xəstəsidir. Bu xəstəlik yaşlanma, köklük və fiziki fəaliyyətsizlikdən yaranır. Diabet xəstələri qanlarında şəkərin səviyyəsini tənzimləyə bilmir. Bu isə ürək-damar, iflic və vaxtsız ölümlərə yol açır. Hətta diabetin çox yayılmadığı ölkələrdə xəstələrin sayının artdığı müşahidə edilir.

Diabet ən bahalı xəstəliklər siyahısındadır. Belə ki, bu xəstəlik yalnız şəkərin normada saxlanması deyil, xəstəliyin səbəb olduğu ağırlaşmaların mülicəsini tələb edən uzunmüddətli prosesdir. Ümumdünya Səhiyyə Təşkilatının təxminlərinə görə, diabet xəstələrinin 70 faizi orta və ya aşağı gəlirli ölkələrdəndir. Bu ölkələr şəkəri normada saxlayan dərmanları almağa qadir deyil.

Alimlər sağlam həyat tərzinin ciddi şəkildə təbliğinə çağırır. Son araşdırmanın müəllifləri  deyir ki, əks təqdirdə, diabet qlobal sağlamlığa ən böyük təhlükələrdən birinə çevriləcək.

Qanda şəkəri normada saxlaya bilirsinizmi?  Əgər buna nail olursunuzsa, bizimlə bölüşün.

One response to “Gələn 30 ildə dünyada diabet xəstələrinin sayı 3 dəfə artacaq”

  1. Tarana Gasimova says:

    Bu gun ilk defe Sizin rubruika ile tanish oldum. Menim ailem ve shexsen menim ozum uchun de saqlamliq movzusu chox onemli olduqu uchun toxunduqunuz butun movzular diqqetimi chekdi. Menim uchun deyerli olan 2 neferin 20 ile yaxin shekerli diabetden eziyyet chekmesi ve onlardan birinin bununla yanashi siqarete baqli olmasi meni en chox narahat eden meselelerden biridir. Umid edirem ki, sizin rubrikada onlara yardim ede bilecek bir chox meslehetlere rast gele bilecem. (En bashlicasi da siqaret movzusunda). Hormetle Terane.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories