Showing Archived Posts

ABŞ-ın federal hökuməti məhkəməyə verilib

Posted August 17th, 2011 at 12:38 pm (UTC-5)
Leave a comment

ABŞ-ın 4 aparıcı tütün şirkəti federal hökuməti məhkəməyə verib. Onlar siqaret paketləri üzərinə vurulacaq xəbərdarlıq qarafiklərinin konstitusiyaya zidd olduğunu deyir. Tütün nəhənglərinin fikrincə, yeni qrafiklərə dair qanun söz azadlığının əleyhinədir. Lorillard Tobacco şirkətinin vəkili deyib ki, hökumət siqaretlə mübarizə məqsədi ilə istənilən reklam və şüardan istifadə edə bilər, lakin qanuni şəkildə siqaret satışı ilə məşğul […]

Posted in Uncategorized

Siqareti atmaq istəyənlərə daha bir məsləhət

Posted August 15th, 2011 at 1:16 pm (UTC-5)
Leave a comment

CHANTIX adlanan dərman preparatı 18 yaşından yuxarı insanlara yardım edə bilər. Lakin həkimlər bu dərmanın yan təsirlərinin ciddiliyini diqqətə çatdırır. Belə ki,  CHANTIX  qəbul edənlər depressiya, ruh düşkünlüyü, davranışlarında dəyişiklik və həyəcan kimi problemlərlə üzləşə bilər. Bu simptomlar dərhal və ya dərmanın qəbulundan bir necə həftə sonra müşahidə edilə bilər. CHANTIX dəri xəstəlikləri, agressiya, maniya, […]

Posted in Uncategorized

Qızmar yay günləri istidən necə qorunmalı?

Posted August 10th, 2011 at 12:11 pm (UTC-5)
Leave a comment

Isti hava şəraiti bəzən xoş gəlsə də, hədsiz temperatur ciddi sağlamlıq problemlərinə yol aça bilər. Daşqınlar, qasırğalar və digər təbii fəlakətlərlə yanaşı, isti hava öldürücü ola bilər. Ekspertlər ən ziyanlı hava şəraiti kimi günorta ilə gecə tempereturunun yaxın olmasını göstərirlər. Həkimlər isti havalarda çoxlu su içməyi, günəş altına çıxmamağı, gen və açıq rəngli paltarlar geyməyi […]

Posted in Uncategorized

Sağlamlığı uşaqlıqdan qorumaq lazımdır

Posted August 9th, 2011 at 11:12 am (UTC-5)
Leave a comment

Son 30 ildə Amerikada artıq çəkili uşaqların sayı artmaqdadır. Hökumətin hesabatına görə, hər 3 uşaqdan birində artıq çəki və ya piylənmə problemi mövcuddur. Balaca Brigit idman etdiyindən bəlkə də xəbərdar belə deyil. Ona idman əyləncə mahiyyəti daşıyır. Bridcit iki yaşlı digər uşaqlarla bərabər həftədə bir dəfə idman zalına gəlir. Bridcitin anası Katrin Bayrn qızının uşaqlıqdan […]

Posted in Uncategorized

Siqareti necə tərk etməli:Uğurlu təcrübələr

Posted August 3rd, 2011 at 10:02 am (UTC-5)
4 comments

Mənim bu yaxınlarda istirahətdən sonrakı vədim bir daha baş tutmadı, baş tutmadı deyəndə, yəni vədimə əməl etmədim. Nə gizlədim, çalışdım. Amma olmadı. Bir neçə gün “patch” deyilən (siqareti atmaq üçün dəriyə yapışdırılan xüsusi plastinkalar) çarəyə də əl atdım. Gün ərzində dözə bilirdim. Amma o ki, axşam olurdu, depressiyaya düşürdüm. Uzun və ağır iş günündən sonra […]

Posted in Uncategorized

HİV virusuna yoluxan insanlar sağlam insanlar qədər ömür sürə bilər

Posted August 2nd, 2011 at 2:41 pm (UTC-5)
Leave a comment

Son araşdırmaların nəticəsindən məlum olub ki, QİÇS-ə səbəb olan HİV virusuna yoluxan insanlar dərmanlar qəbul etməklə sağlam insanlar qədər ömür sürə bilər. Alimlər anti-retrovirus preparatlarının xəstələrin ömürlərini 81 faiz uzatdığını deyirlər. Bu, Amerika və digər inkişaf etmiş ölkələrdə daha çox müşahidə edilir. Lakin yoxsul ölkələrdə HİV-QİÇS hələ də bir çox insanın həyatı bahasına başa gəlir. […]

Posted in Uncategorized

Qan təhlilinin yeni üsulu xərçəng hüceyrələrini müəyyən edir

Posted August 1st, 2011 at 12:47 pm (UTC-5)
Leave a comment

ABŞ alimlərindən ibarət qrup milyardlarla hüceyrə arasında xərçəng hüceyrəsini ayıra bilən qan təhlili hazırladığını bildirir.Alimlər təhlildən istifadə edərək araşdırmalara başlayacaqlarına ümid edir. Onlar təhlildən istifadə edilməsi üçün Johnson&Johnson beynəlxalq səhiyyə şirkəti ilə işləyəcək. Alimlərin bildirdiyinə əsasən, bu test üsulu tək xərçəng hüceyrəsini ayıra bilir, bu isə öz növbəsində həkimlərə xəstəliyin gedişinin izlənməsinə imkan yaradacaq. Bu […]

Posted in Uncategorized

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories