Siqareti necə tərk etməli:Uğurlu təcrübələr

Posted August 3rd, 2011 at 10:02 am (UTC-5)
4 comments

Mənim bu yaxınlarda istirahətdən sonrakı vədim bir daha baş tutmadı, baş tutmadı deyəndə, yəni vədimə əməl etmədim. Nə gizlədim, çalışdım. Amma olmadı. Bir neçə gün “patch” deyilən (siqareti atmaq üçün dəriyə yapışdırılan xüsusi plastinkalar) çarəyə də əl atdım. Gün ərzində dözə bilirdim. Amma o ki, axşam olurdu, depressiyaya düşürdüm. Uzun və ağır iş günündən sonra (yəqin siqaret çəkənlər bunu daha yaxşı başa düşər) eyvana çıxıb, bir nəfəs siqaret  “dadıma” çatır. Bir az azaltsam da, tam qurtuluş yaxın görünmür.

İndiyədək siqareti atmaq üçün müxtəlif üsullara əl atılıb. Ən effektivli üsullardan biri patch hesab edilir ki, tərkibində nikotin olur. Tütündə alışqanlığa yol açan nikotin asılılığın əsas amillərindəndir. Siqareti tərk edənlərin baş ağrıları, yorğunluğu, yuxusuzluğu və əsəbiliiyinin qarşısını almağa yardım edən patchlər bədəni az miqdarda nikotinlə təmin edir. Bu, təhlükəli nəfəs yolu ilə nikotin qəbul edilməməsinə yardım edir. Araşdırmalar göstərib ki, bu üsulla siqaretlə mübarizə olduqca effiktivdir.  16 saat təsiri olan patchlər dəri yolu ilə qanı nikotinlə təmin edir. Bundan əlavə saqqızlar, burun spreyləri, dil altına qoyulan dərmanlar və digər metodların də təsirli olduğu deyilir.

 

Siqareti atanlar mənə məsləhət versin!

4 responses to “Siqareti necə tərk etməli:Uğurlu təcrübələr”

  1. GE says:

    Men siqaret cekmesem de, bu mubarizeye qosulmaga haziram

    • saliyeva says:

      Belə təşviqedici mesajların insanlara həmişə köməyi olur. Köməyinizi ehtiyacı olanlardan əsirgəməyin.

  2. demokrat says:

    Mence, chox vacib meseledir. meslehetlerin davamini gozleyirik

  3. saliyeva says:

    Siqaretlə mübarizə üsulları az deyil. Mən bu mövzuya tez-tez müraciət etməyə çalışacağam. Sizdən də məsləhət gözləyirəm.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories