Xərçənglə mübarizə:Genetik modifikasiya edilən virus

Posted September 7th, 2011 at 10:09 am (UTC-5)
Leave a comment

Kanada alimlərinin araşdırmalarının nəticəsi göstərib ki, genetik modifikasiya edilən viruslar toxumalara ziyan vurmadan bəzi xərçəng şişlərini müalicə edə bilər. Viruslardan istifadə edilməklə xərçəng xəstəliyi ilə mübarizə yeni elmi-tətqiqat olmasa da, son illərin genetik texnikası virusların modifikasiyasını mümkün edib. 23 xəstə üzərində aparılan eksperiment 5 doza ilə bəzi şişlərin normallaşdığı və ya kiçildiyini göstərib. JX-954 adlanan virusun ciddi yan təsirləri müşahidə edilməyib. Xəstələrin bəzisində bir gün sürən qrip simptomları olub. Lakin alimlər əlavə tədqiqatlara ehtiyac duyulduğunu və virus terapiyasının gələcəkdə xərçənglə mübarizənin yeni səhifəsini açacağını deyir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories