Xoşbəxtlərin ömrü daha uzun olur

Posted November 7th, 2011 at 10:08 am (UTC-5)
1 comment

Xoşbəxt insanlar həyatdan daha çox zövq alır və xoşbəxtlərin ömrü daha uzun olur . 4000 insan üzərində aparılan tədqiqat insanların müəyyən günlərdə nə hiss etdiklərinə həsr edilib. Ən adi pozitiv təsirlərlə insanlar heclə əla kimi cavablara əsaslanan  5 ballı şkala ilə cavab verib. 5 illik müddət ərzində bu insanlar arasında ölənlər olub. Alimlər bunu xoşbəxt insanların ölüm riskinin az olduğu ilə izah edir. Bədbəxt insanlarda xoşbəxtlərlə müqayisədə ölüm riski 35 faiz artıq olur.

Bundan əvvəl keçirilən araşdırmalar insanların bir anlıq hissiyatı üzərində aparılıb. Lakin son araşdırma insanların son bir həftə ərzində hissiyatlarının necə olduğu üzərində mərkəzləşib. Psixoloqlar insanların bu suala baş verən bir hadisə ilə bağlı cavab verdiyini müşahidə edib. Məsələn azarkeşləri olduqları furbol komandasının yenilməsi onların bir həftəlik əhval-ruhiyyəsini müəyyən edə bilər.

Alimlər hazırda tüpürcək nümunələri üzərində testlər keçirməklə, stress hormonu kortizolun türüpcəyin tərkibində olub-olmadığını müəyyən etməyə çalışır. Bu yolla streslə ömür uzunluğunun əlaqəsinin üzə çıxarılması planlaşdırılır.

 

One response to “Xoşbəxtlərin ömrü daha uzun olur”

  1. Salam, Sevda xanim!Maqaleye gore teshekkurler.Menim fikrimce xoshbextlik nisbi anlayishdir.
    Sozsuz ki,heyatdan hezz almaq hissi de orqanizmdeki hormonlarin balansi ile tenzimlenir. Amma insan ona verilen paya,taleyine de shukr etmeyi bacarmalidir.”Xoshbextliyi nede gorur-
    sunuz” deyende,birinci fikirleshirem ki,men Tanri meni ne uchun yaratdigi barede dushune
    bilirem ve ondan umudumu uzmurem,shukr etmeyi de bacariram.Insanlara bagishlanan en boyuk nemet saglam olmaqdir.Muqeddes kitab buyurur: “Size verdiyim nemetleri sayasi olsaniz,sayib qurtara bilmezsiniz”(Quran-16/18)Elbette,bu boyuk bir felsefi movzudur.Insanin yashadigi sosial muhitin tesirini de nezere almaq lazimdir ve s.
    Dilshad xanima shukr etmek barede Muqeddes Qurandan sechilmish ayeler toplusunu unvanlayasiyam.Maraqlansaniz ondan alin.Bir daha teshekkurler!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories