ABŞ-da bir milyondan çox insan HİV virusunun daşıyıcısıdır

Posted December 9th, 2011 at 8:33 am (UTC-5)
Leave a comment

ABŞ-da bir milyondan çox insan HİV virusunun daşıyıcısıdır.  Birləşmiş Ştatların Xəstəliklərə Nəzarət Mərkəzinin son hesabatında deyilir ki, hər il HİV virusuna 50 minə qədər insan yoluxur və bunların çoxu Afrika mənşəli amerikalılardır.

ABŞ əhalisinin 13 faizini təşkil edən Afrika mənşəli amerikalılar HİV virusu daşıyıcılarının yarısını təşkil edir.

Hər yeridə olduğu kimi burada da QİCS-ə yoluxmanın əsas səbəbləri cinsi əlaqələr zamanı ehtiyatsızlıq, çox sayda insanla cinsi əlaqədə olmaq, narkotiklər qəbul edilərkən eyni iynədən istifadə etmək və vaxtında müalıcə olunmamaqdır.

Virusun ən çox imkansız insanlar arasında yayıldığı müşahidə edilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sevda Əliyeva

1994-cü ildən Amerikanın səsinin əməkdaşıyam. Amerikanın səsinin Tibb rubrikası üçün proqramlar hazırladığım üçün son tibbi yenilikləri yaxından izləyir və bu sahəyə xüsusi marağım olduğundan müxtəlif mənbələrdən öyrəndiklərimi sizinlə bölüşürəm. Orta və ali təhsilimi Bakıda almışam. Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunuyam.

Videolarınızı bizə göndərin!

Azblog-dan ən son blog yazıları

Azərbaycanın İlk Blog Şəbəkəsi
<div style="background-color: none transparent;"></div>

Categories